AzTehsil.com


Xəbərlər / Müəllim
03 noyabr 2021
973


Bakı və Şuşa məktəbi arasında saziş imzalanıb və ağacəkmə aksiyası keçirilib




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa 1 nömrəli tam orta məktəbi arasında milli-mənəvi dəyərlərin təbliği, mütaliə mədəniyyəti, yazı vərdişlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlıq sazişi imzalanıb.

Şuşa 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və digər qonaqlar iştirak edib.

Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi arasında imzalanan əməkdaşlıq sazişini ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü adlandırıb. Bildirib ki, bu təşəbbüs Şuşadan uzaqda böyüyən, Vətənin Şuşa adlı cənnətini sadəcə şəkillərdən, lentlərin yaddaşına köçən kadrlardan görən, böyüklərin dilindən eşidən uşaq və gənclərin Bakıdan Şuşaya uzanan mənəvi bağlılığıdır.




İdarə müdiri birgə əməkdaşlıq sazişi çərçivəsində “Yaşıl körpü” ağacəkmə aksiyasında əkilən 44 ağacın Vətən Müharibəsi şəhidlərinin xatirəsinə sonsuz minnətdarlığın, vəfa borcunun kiçik bir rəmzi olaraq dəyərləndirib.


Paytaxt məktəblərində mütəmadi olaraq çoxsaylı ekoloji layihələrin həyata keçirildiyini, məktəblilərin ekoloji tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirən M.Vəliyeva ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ edən “Yaşıl məktəb” layihəsinin də belə təşəbbüslərdən biri olduğunu qeyd edib.


Tədbirdə çıxış edən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin 1830-cu ildə məhz Şuşada inşa olunduğunu, işğal dövründə qədim tarixə malik 1 nömrəli tam orta məktəbin də erməni vandalları tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mayın 12-də Şuşada məktəbin təməlinin qoyulması təhsilə olan ali dəyərin göstəricisidir.


Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və hər iki məktəbin direktoru bildiriblər ki, mühüm əhəmiyyət kəsb edən sazişə uyğun olaraq keçirilməsi nəzərdə tutulan birgə seminar və təlimlər, həmçinin şagirdlərin ümumrespublika və beynəlxalq yarışlara hazırlıqlarına köməklik


göstərmək, kitabxana və muzey imkanlarından qarşılıqlı istifadə və digər birgə fəaliyyət qarşılıqlı təcrübə mübadiləsinə, şagirdlərin uğurlu nəticələr əldə etmələrinə öz töhfəsini verəcək.


Sonra məktəblər arasında əməkdaşlıq sazişi imzalanıb.


Daha sonra tədbir iştirakçıları məktəbin həyətində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkiblər.




Загрузка...
Həmçinin oxuyun:
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Məktəblilər böyük səhnədə çıxış edib

Məktəblilər böyük səhnədə çıxış edib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Nəticələr açıqlandı

Nəticələr açıqlandı

Liseylərin V siniflərinə qeydiyyat başlayır

Liseylərin V siniflərinə qeydiyyat başlayır

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

BŞTİ müdiri məzunları təbrik edib

BŞTİ müdiri məzunları təbrik edib

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Prezidentin köməkçisi: “Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

Prezidentin köməkçisi: “Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir

Məktəb direktorlarının 5 illik hesabatları dinlənilir