AzTehsil.com


Xəbərlər / Müəllim
02 noyabr 2021
720


“GəncLİK” proqramının bağlanış mərasimi keçirilib



 

Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən 2019-cu ildən etibarən təşkil olunan “GəncLİK” (Liderlərin İnkişafı Konsepsiyası) proqramının bağlanış mərasimi baş tutub.

Proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasında seçilən 30 gənc lider layihə müddəti çərçivəsində “Komanda quruculuğu”, “Liderlik və menecment”, “Strateji idarəetmə”, “Rəqəmsallaşma və innovasiya”, “Gənclər siyasəti” mövzuları olmaqla, ümumilikdə 18 mövzuda yerli və xarici mütəxəssislərlə 3 aylıq təlimlərə cəlb olunub, dövlət qurumlarının və özəl qurumların rəhbər şəxsləri ilə görüşlərdə olub, müxtəlif səfərlərdə iştirak ediblər. 

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini  Ceyhun Salmanov, Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Natiqlər çıxışlarında proqramı müvəffəqiyyətlə başa vuran gənc liderləri təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı zəfərin əldə olunmasında gənclərin rolundan bəhs edərək, “GəncLİK” proqramının müxtəlif istiqamətlərdə həyata keçirilən digər layihələr kimi gənclərin bütün sahələrdə  inkişafını dəstəkləyərək onların yeni bilik və bacarıqlar əldə etməsi məqsədi daşıdığını vurğulayıblar. Proqramın bir neçə iştirakçısının da Vətən müharibəsi iştirakçısı olduğu xüsusi vurğulanıb.


Proqram çərçivəsində gənc liderlərin karyera yüksəlişi təşviq olunub, bacarıqları ilə fərqlənən və təlimləri uğurla yekunlaşdıran namizədlər rəhbər vəzifələrə təyinat alıb və digər karyera yüksəlişinə nail olublar.

Çıxışlarda “GəncLİK” proqramının gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardan biri olduğu qeyd edilib, layihəni uğurla başa vuran gənc liderlərin bundan sonra da dövlət gənclər siyasətinə böyük töhfələr verəcəklərinə inam ifadə olunub. 

Uğurla başa çatan proqramın növbəti dəfə keçirilməsi planlaşdırılır və müraciətlər üçün elan yaxın zamanlarda veriləcək.




Загрузка...
Həmçinin oxuyun:
“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Gənc müəllimlər arasında futzal yarışın final mərhələsi keçirilib

Gənc müəllimlər arasında futzal yarışın final mərhələsi keçirilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“ASAN xidmət”-UTECA- ADAU-GDU arasında əməkdaşlıq memorandumu imzalanıb

“ASAN xidmət”-UTECA- ADAU-GDU arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi

STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

Tətilin uzadılması bu qurumlara aid edilmir – Siyahı

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Tələbə gənclərin “Hədəf 5 %” proqramının açılış mərasimi keçirildi

Tələbə gənclərin “Hədəf 5 %” proqramının açılış mərasimi keçirildi

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi