AzTehsil.com


Xəbərlər / Müəllim
15 oktyabr 2021
1 291


Elşən Qafarov-Təhsil sahəsinə kişilərin cəlb edilməsi mütləqdir.



 

 

 

Azərbaycanda kişi müəlimlərin sayının qadınlara nisbətən az olması məsələsi aktual olaraq qalır. Bu günlərdə sözügedən məsələyə toxunan Təhsil Naziri Emin Əmrullayevin bu barədə açıqlaması müzakirə predmeti olub.

Nazir hesab edir ki, təhsildə qadınların çox olması gələcəkdə problemlər yarada bilər. Bu səbəbdən kişi müəllimlərin sayını artırmaq lazımdır.

Azərbaycanda müəllimlərin məvacibində zaman-zaman artımlar olsa da, bu sahəyə kişi müəllimlərin cəlb edilməsi prosesi zəif gedir. Son illər isə kişi müəllimlərin sayında kəskin azalma var. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsini də qadın müəllimələr tədris edirlər.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov hazırda ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 83 faizinin qadın, 27 faizinin isə kişi olduğunu deyib:

"Azərbaycan qadınların pedaqoji sahədə çalışmasına görə qısa müddət ərzində 1-ci yerə gəlib çatıb. 3 il əvvəl ölkəmiz Sloveniya, Slovakiya və Pribaltika ölkələrindən sonra 6-cı yeri tuturdusa, 2019-cu ildə Pribaltika ölkələrini də keçib.

Bu ilin statistikasına görə isə Azərbaycan qadınların təhsildə işləməsinə görə liderlik edir. Şəhər məktəblərində hətta 90 faizdən çox qadın müəllim çalışır. Bölgələrdə azdır deyə ümumi 83 faiz götürülür. Xanımların ictimai həyatda çox olması arzuolunan olsa da, təlim-tərbiyə prosesində kişilərin sayının azlığı mənfi nəticələrə səbəb ola bilər.

Nəzərə alsaq ki, Şərq cəmiyyətində yaşayırıq və ailənin başçısı kişidir, təhsil sahəsinə kişilərin cəlb edilməsi mütləqdir. Məktəb də ailə və tərbiyə ocağıdır. Uşaqlar təhsil ocaqlarında ancaq qadın müəllimlərin, evdə isə analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür”.

Ekspertin fikrincə, kişilərin müəllim kimi çalışmamalarına ilk səbəb məvaciblə bağlıdır:

"Aşağı əməkhaqqı ilə ailəsində olanları təkbaşına dolandırmaq çox çətindir. Bundan əlavə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında əsas yer tutmayan fənnlərlə bağlı repititorluq mümkün olmadığına görə o sahədə kişi müəllimlərin sayı çox azdır. Bu gün bir müəllimin bir həftəlik dərs yükü normada 18 saat müəyyən olunur ki, aldığı 450 manat maaşla ailəsini saxlamaq müşkül olur. Halbuki hər hansı marketdə satıcı və yaxud fəhlə işləyən şəxsin maaşı da müəlliminki qədərdir”.

Elşən Qafarovun sözlərinə görə nəinki təhsil, təlim-tərbiyə məsələləri də əsasən xanımların üzərinə atılır:

"Kişilər elə hesab edir ki, ailəyə müəyyən qədər dolanışıq gətirməklə işləri bitir. 20-30 il əvvəl məktəblə bütün əlaqələri kişilər, ata və babalar qururdu. İndi isə kişilər məktəb mühitindən uzaqdırlar. Amma kişi cinsinin tərbiyəsi üçün çox önəmli mərhələdir.

Bundan əlavə təhsildən kənar səriştəsiz kadrların məktəb direktoru vəzifələrinə gətirilməsi, qanunkənar fəaiyyət və sərəncamlar verilməsi kimi hallar da kişi müəllimlərin sayının az olmasına səbəb faktorlardandır. Kişi müəllimlər çox hallarda qadınlardan fərqli olaraq qanunsuzluqlara, xoşagəlməz hal və intriqalara dözə bilmirlər. Münaqişə olmasın deyə bu sahədən getməyi üstün tuturlar”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər

Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Diplomu əlində iş axtaranlar

Diplomu əlində iş axtaranlar

Məsuliyyət məktəb direktorlarının üzərinə düşür.

Məsuliyyət məktəb direktorlarının üzərinə düşür.

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

İş yerini dəyişmək üçün sosial güzəştlərdən istifadə edən müəllimlərin sayı açıqlanıb

İş yerini dəyişmək üçün sosial güzəştlərdən istifadə edən müəllimlərin sayı açıqlanıb

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"-  EKSPERT

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT