Xəbərlər / Ziyalılar
06 oktyabr 2021
978


Ən yüksək ad -Dosent İlham Əhmədov

 

Bu ərəfədə  Müəllimlərin Peşə Bayramı oldu.  Bütün müəllimləri bu münasibətlə təbrik edirəm!

Müəllim pedaqoji prosesdə daim həlledici qüvvə kimi çıxış edib. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. 
Müəllim nəinki pedaqoji prosesdə, o cəmiyyətdə  əsas simadır, o  cəmiyyət  həyatında çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.   
"Mən müəllimdən yüksək ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev hər zaman müəllimlərə dəyər  vermiş, öz müəllimlərini xüsusi hörmətlə yad etmişdir.
 
Təhsil millətin gələcəyi,  müəllim isə təhsil prosesinin əsas simasıdır. Cəmiyyətin, millətin gələcəyi bu mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının fasiləsiz hazırlığına, onların sosial  vəziyyətinə xüsusi diqqət yetirməyi tələb edir.
Müəllim cəmiyyətdə, onun inkişafında çox şeyə məsul ola bilər, əğər cəmiyyət Müəllimə hər mənada yüksək dəyər və dəstək verərsə.... 
Sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.  Sərəncama əsasən, 2021-2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə  daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Prezident təqaüdçülərinin Ali məktəblər üzrə bölgüsü belə idi:

Bakı Ali Neft Məktəbi 33
Azərbaycan Tibb Universiteti 25
Bakı Dövlət Universiteti 15
ADA 12
UNEC 8
Dövlət İdarəçilik Akademiyası 4
UFAZ 2
Xüsusi təyinatlı Ali məktəblər 2
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1
Bu siyahıdan məlum olur ki, yüksək ball toplayanların arasında  pedaqoji ali təhsil müəssisəsini seçənlər yoxdur. Yəni, istedadlı gənclər müəllim və ya alim olmaq istəmirlər. Bu  vəziyyət  müəllim peşəsinin cəmiyyətdə nüfuzunun hansı səviyyəyə endiyini  göstərir.  Bu situasiyanın  səbəbi  müəllimin şəxsiyyəti yox, daha çox dövlətin müəllimə olan münasibətidir. Cəmiyyətdə nə vaxt müəllimə yüksək dəyər verilibsə, dövlət də inkişaf edib və əksinə, öz yaxın tariximizi xatırlamaq kifayətdir.  Keçən əsrin 30-60-ci illərində  sovetlərin inkişafı müəllimə qayğı və hörmətlə, 70-90-cı illərdəki  tənəzzülü isə müəllimə soyuq münsibətlə yadda qalmışdır. 
 
Müəllim və alim peşəsinin nüfuzdan düşməsi son illər  aydın  hiss edilir.  Müəllimə və alimə, elm və təhsilə dəyər verməyən cəmiyyət və dövlətlərin  müasir dünyamızda  inkişafı əsla  mümkün deyil. Müəllimə  isti və səmimi münasibət sözdə yox, işdə olmalıdır. Dövlətin hansı peşəyə dəyər verdiyini bilmək üçün onun hansı peşəyə nə qədər maaş verdiyinə baxmaq kifayətdir.   "Müəllimlərin maaşını nə qədər artırsanız yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz."  (Nəsib bəy Yusifbəyli, ADR-nın Baş naziri və Maarif naziri).
Əgər Cəmiyyət öz gələcəyinə biganədirsə, təhsilə, müəllimə  Layiq olduğu DƏYƏRİ   vermirsə, belə vəziyyətdə cəmiyyətin müəllimdən  ciddi nə isə tələb etməyə  haqqı yoxdur.  

M. K. Atatürk   T.C. maliyyə nazirinin "millət vəkillərinə nə qədər maaş verək, paşam”  sualını belə cavablandırmışdı: nə qədər istəyirsiniz verin, amma elə edin ki, müəllimlərin  maaşından çox olmasın. 
Cəmiyyət olaraq Millətin, dövlətin, gəncliyin  gələcəyi naminə Müəllimlərimizi yüksək məqamlara yüksəldək. Onda millətimiz də, dövlətimiz daim yüksəkdə olar!  BAYRAMINIZ MÜBARƏK!!!







Загрузка...
Həmçinin oxuyun:
Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Mehriban Vəliyeva: Bakı məktəblərində 28 mindən çox müəllim övladlarımıza bilik və bacarıq öyrədir

Mehriban Vəliyeva: Bakı məktəblərində 28 mindən çox müəllim övladlarımıza bilik və bacarıq öyrədir

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

"Müəllimə ən aşağı kateqoriyalı insan kimi baxılır" - Millət vəkili

"Müəllimə ən aşağı kateqoriyalı insan kimi baxılır" - Millət vəkili

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimlər bundan sonra əməkhaqqını necə alacaqlar?

Müəllimlər bundan sonra əməkhaqqını necə alacaqlar?

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim olmazdan əvvəl bunları fikirləşin - Şagirdin gözü ilə

Müəllim olmazdan əvvəl bunları fikirləşin - Şagirdin gözü ilə

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim kimdir ?

Müəllim kimdir ?

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili