AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
08 sentyabr 2021
1 272


"Bizdə ali təhsil almaq istəyənlər sadəcə ali təhsilin diplomunu alırlar" -Ekspert rəyi



 

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib ki, onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ötən ildən fərqli olaraq bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayında bir qədər azalma müşahidə edilib. Bu gün bir faktdır ki, məzunların əksəriyyəti ali təhsil müəssisəsini bitirdikdən sonra oxuduğu ixtisas üzrə işlə təmin oluna bilmir.

Ümumiyyətlə, ali təhsil almaq üçün sənəd verənlərin sayında azalma bununlamı bağlıdır? Yaxud minlərlə tələbə adını qazanan gənc diplomunun heç nəyə yaramayacağını, yəni əmək bazarında özünə yer tapmayacağını bilərək niyə bu addımı atır?

Təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, bu gün Azərbaycan ali təhsillilərin sayına görə keçmiş MDB məkanında Qırğızıstandan sonra axırdan ikincidir:
 
"Əhalinin sayı 10 milyonu keçib, ali təhsillilərin sayı 7 faiz təşkil edir və bu, dünyada ən aşağı göstəricilərdən biridir. Bu il isə abituriyentlər ötən ilə nisbətən 40 faiz az sənəd təqdim edib. Belə ki, ötən il 85 mindən artıq abituriyent sənəd verdiyi halda, bu il 55 mindən artıq sənəd verilib və nəticədə 30 min abituriyentin azalması Azərbaycan ali təhsil müəssisələrinə etimadın azalmasıdır. Hazırda 44 mindən artıq abituriyentin ali məktəbə qəbul olunmasına və gələcəkdə onların əmək bazarında necə iş tapacağına gəldikdə isə bu, sistemli bir araşdırmanı tələb edir. Əvvəla, ölkədə əmək bazarını öyrənən qurum yoxdur. Bu qurum eyni zamanda dövlət və QHT olmalıdır. İxtisaslar da əmək bazarının tələblərinə uyğun olaraq verilməlidir.

1990-cı illərin sonunda "Dövlət və bələdiyyə idarəetməsi” dəbdə idi. Daha sonra "Gömrük işi”, "Bank işi” dəbdə idi, bir neçə ildir müəllim peşəsi dəbə düşüb və repetitorluq gündən-günə artdığı üçün hamı elə bilir ki, repetitorluq edəcək. İndi yeni ixtisaslar, xüsusən də "İnformasiya Təhlükəsizliyi və Kompüter Mühəndisliyi” seçimi dəb halını alıb. Ancaq bu, o demək deyil ki, əmək bazarında həmin ixtisas üzrə kadr tapılmır və yaxud ali təhsil müəssisələrimiz günün tələblərinə cavab verən kadr hazırlayır. Sadəcə olaraq bu, bizdə dəbdir. Bundan yeganə çıxış isə yalnız DİM-in qrup imtahanlarının ləğv edilməsidir. Qrup imtahanlarının olması Azərbaycan gənclərinə qarşı böyük haqsızlıqdır. Dünyada yeganə ölkə Azərbaycandır ki, burada gənclərin arzuladığı peşə üzrə ali təhsil almaq ehtimalı cəmi 5 faizdir, bəzən bundan da aşağıdır. Ona görə də DİM vaxt itirmədən qrup imtahanlarını ləğv etməli, imtahanlar ixtisaslar üzrə olmalıdır”.

Ekspertin fikrincə, əmək bazarının öyrənilməsi daimi, sistemli olmaldır:

"Hər bir nazirliyin özünün istiqaməti üzrə şöbələr olmalıdır ki, əmək bazarının tələblərini öyrənsin. Bu gün ölkədə həkim qıtlığıdır. Ucqar yaşayış məntəqələrində həkim yoxdur. Orta tibb işçiləri həkim səlahiyyətlərini icra edirlər. Digər tərəfdən, gənc, perspektivli həkimlər ölkəni tərk edirlər. Düşünürəm ki, bir neçə istiqamətdə iş aparılmalıdır”.

Ölkədə ali təhsilin çox bərbad vəziyyətdə olduğunu deyən ekspert deyir ki, illərdir "Ali təhsil haqqında” Qanun qəbul etmək istəyirlər, ancaq qəbul edə bilmirlər:

"Ali təhsillə bağlı vəziyyət həqiqətən də ürəkaçan deyil. Bizdə ali təhsil almaq istəyənlər sadəcə ali təhsilin diplomunu alırlar. Tələbə 4 il oxuyur, hansısa istiqamət üzrə bakalavriat üzrə diplom alır, ancaq bu diplomla sonda ali məktəbin məzunu olaraq birbaşa hansısa müsabiqəyə qatılıb, orada uğur qazana bilmir. Səbəb odur ki, ali təhsil müəssisələrimiz kadr hazırlaya bilmir. Hələ də ali məktəblərimiz 60-70-ci illərin seminar, mühazirə sistemindən çıxmır. Seminar da, mühazirə də nəzəridir. Belə olmalı deyil.

Ali təhsil müəssisəsini bitirib istehsalata kadr kimi getmək şansı olan gənclərimiz yoxdur. Bu, ali təhsilin nə qədər bərbad oluğunu göstərir, vəziyyət çox pisdir. Ona görə də ali təhsil sahəsində aparılan islahatlar da heç bir effekt vermir. Adını qoyurlar ki, dünyanın 1500 məktəbindən beşi Azərbaycanın ali məktəbləridir. Hansı kriteriyalarına görə olduğunu açıqlamırlar. Bəlkə infrastrukturuna görədir, bunun məzmuna heç bir aidiyyəti yoxdur. Dövlət təhsilin bütün pillələrinə böyük vəsait ayırır. Hər bir ali məktəbimiz sanki movzoleyə oxşayır, ancaq məzmun yoxdur, kadr hazırlığı acınacaqlı vəziyyətdədir”.



Загрузка...
Həmçinin oxuyun:
Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Bu il neçə nəfər ali məktəblərə daxil oldu? - RƏSMİ

Bu il neçə nəfər ali məktəblərə daxil oldu? - RƏSMİ

“Bu qədər universitet və  diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

“Bu qədər universitet və diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Azərbaycan abituryenti niyə dünyada ən şanssız gəncdir ?

Azərbaycan abituryenti niyə dünyada ən şanssız gəncdir ?

Nəticələr açıqlandı, keçid balları isə hər kəsi çaş-baş qoydu

Nəticələr açıqlandı, keçid balları isə hər kəsi çaş-baş qoydu

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Diplomu əlində iş axtaranlar

Diplomu əlində iş axtaranlar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur

Dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb

Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...