Xəbərlər / Müəllim
08 sentyabr 2021
889


8 sentyabr Beynəlxalq Savadlılıq Günüdür

8 sentyabr Beynəlxalq Savadlılıq Günüdür

 

Bu gün Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

 UNESCO-nun saytı xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü "İnsana yönəlmiş bərpa naminə savadlılıq: rəqəmsal uçurumu aradan qaldırmaq” devizi altında qeyd olunur.

 COVID-19 böhranı, uşaqların, gənclərin və böyüklərin təhsilini görünməmiş miqyasda pozdu. Həmçinin 773 milyon savadsız gənc və yaşlının savad öyrənmək imkanlarının əlçatanlığında əvvəllər mövcud olan bərabərsizliyi daha da artırdı.

Pandemiyaya qarşı ilkin milli planların bir çoxunda gənclər və böyüklər arasında savadsızlığın aradan qaldırılması tədbirləri nəzərdə tutulmadı, eyni zamanda, bir çox savadlılıq proqramları normal fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.

Hətta qlobal böhran dövründə əyani təhsillə yanaşı, distant təhsil də daxil olmaqla təhsilin fasiləsizliyinin təmin olunması istiqamətində alternativ yollar tapmaq üçün səylər göstərildi. Lakin savadlılıq imkanları hamı üçün eyni dərəcədə əlçatan deyil.

 Distant təhsilə sürətli keçid qoşulma, infrastruktur və texnologiyadan istifadə bacarığı, həmçinin öyrənmə imkanlarını məhdudlaşdıran elektrik enerjisinə çıxış kimi digər xidmətlərdəki fərqlər baxımından davam edən rəqəmsal uçurumu üzə çıxardı.

Bununla belə pandemiya savadlılıq bacarıqlarının müstəsna əhəmiyyətini xatırlatdı. Savadlılıq təhsil hüququnun ayrılmaz bir hissəsi olmaqla yanaşı, insan hüquqlarını, imkanlarını genişləndirir. Onların qiymətləndirə biləcəkləri həyat tərzini seçməsi baxımından imkanlarını genişləndirərək həyatlarını yaxşılaşdırır. Savadlılıq dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir. Savadlılıq bacarıqları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində müəyyən edildiyi kimi, humanist təhsilin və ömürboyu öyrənmənin ayrılmaz hissəsidir. Beləliklə, savadlılıq COVID-19 böhranından sonra insanlara yönəlmiş bərpa istiqamətində mərkəzi rol oynayır.

2021-ci ildə Beynəlxalq Savadlılıq Günü savadsız gənclər və böyüklər üçün lazım olan savad və rəqəmsal bacarıqların qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirməklə savadlılıq bacarıqlarının insana yönələn bərpa üçün möhkəm bir zəmin yaratmağa necə kömək edə biləcəyini araşdıracaq.

 Beynəlxalq Savadlılıq Günü çərçivəsində heç kimin kənarda qalmaması üçün texnologiyanın köməyilə savad təliminin inklüzivliyi və əhəmiyyətliliyi məsələlərinə də baxılacaq.

 2021-ci ildə Beynəlxalq Savadlılıq Günü pandemiya şəraitində və ondan sonrakı dövrdə savadlılıq bacarıqlarının öyrədilməsi və öyrənilməsinin gələcək üsullarını yenidən düşünmək imkanı yaradacaq.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.Azərtac
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Ümumi gələcək naminə təhsili qorumaq

Ümumi gələcək naminə təhsili qorumaq

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

UNESCO-nun Baş direktoru Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

UNESCO-nun Baş direktoru Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Könül Abaslı: Ənənəvi təhsilə keçid elmi-statistik təhlillərə əsaslanır

Könül Abaslı: Ənənəvi təhsilə keçid elmi-statistik təhlillərə əsaslanır

Təhsil Nazirliyi işə qəbulla bağlı iddialara cavab verdi

Təhsil Nazirliyi işə qəbulla bağlı iddialara cavab verdi

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bu gün Uşaqların Beynəlxalq Televiziya və Radio günüdür

Bu gün Uşaqların Beynəlxalq Televiziya və Radio günüdür

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü