Xəbərlər
15 aprel 2017
1797

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

 

İyunun 11-də keçiriləcək Azərbaycan dili fənni üzrə test imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb.
 
Aztehsil.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 11 iyun tarixində keçiriləcək imtahanda (martın 31-dən sonra ərizələrini təsdiq edən) 1013 abituriyent iştirak edəcək.
 
2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 928 nəfərdir. 
 
Qeyd edək ki, aprelin 9-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənni üzrə ilk imtahanı keçirilib. İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb. 
 
Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda "qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında "qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...