Xəbərlər
13 aprel 2017
1287

Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq

 

Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli  ilə bağlı mövzular salınacaq.
 
Aztehsil.com apa-ya istinadən məlumat verir ki, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb. 
 
Qanun layihəsinin 12-ci maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidir.
 
Maddədə o da göstərilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsiri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...