AzTehsil.com


Xəbərlər / Müəllim
01 avqust 2021
4 233


Paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir



Paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir

 

2 avqust 2021-ci il saat 9:00 dan etibarən "bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.

Bakı Şəhər İcraa Hakimiyyətindən  verilən xəbərə görə, ölkə başçısının tağşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün "bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaq.

Valıdeynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.

İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi "22-24″ nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
Uşaq bağçalarına elektron qəbul başlanılır

Uşaq bağçalarına elektron qəbul başlanılır

Bakıda uşaqların bağçaya elektron qəbuluna bu rayondan başlanacaq

Bakıda uşaqların bağçaya elektron qəbuluna bu rayondan başlanacaq

Bu gündən ölkə ərazisində uşaq bağçalarının fəaliyyəti bərpa olunur

Bu gündən ölkə ərazisində uşaq bağçalarının fəaliyyəti bərpa olunur

Təhsil Nazirliyindən QƏRAR - "Bu uşaqların məktəbə qəbulu daha asan olacaq"

Təhsil Nazirliyindən QƏRAR - "Bu uşaqların məktəbə qəbulu daha asan olacaq"

Eldar Əzizov bağça müdirlərinə xəbərdarlıq etdi - Neqativ hallara yol verənlər...

Eldar Əzizov bağça müdirlərinə xəbərdarlıq etdi - Neqativ hallara yol verənlər...

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Məktəbəqədər hazırlıq qruplarına uşaq qəbulunun şərtləri açıqlandı

Məktəbəqədər hazırlıq qruplarına uşaq qəbulunun şərtləri açıqlandı

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

I sinfə qəbulla bağlı Bakı məktəblərinə 43 739 elektron müraciət daxil olub

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb