Xəbərlər
17 iyul 2021
3 732


Qəbul imtahanlarının nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı

 

Dövlət İmtahan Mərkəzi (DİM) bir və iki iyulda keçirilən imtahanların nəticələrini elan edib.

Abituriyentlər imtahan nəticələrini verilən linkdən öyrənə bilərlər.

İmtahan nəticələri aşağıdakı abituriyentlərə aiddir:
 
1. əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı üç kateqoriyaya aid olan

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən öyrənə bilərlər.

İştirakçılar imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə də tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 679 nəfərdən 3 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qəbul imtahanı iştirakçıları arasında ən yüksək nəticəni Zəngilan rayonu, 21 saylı orta məktəbin 2020-ci il məzunu göstərib. IV ixtisas qrupu üzrə sənəd verən həmin abituriyent toplanılması mümkün olan 300 baldan 287,8 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyul 2021-ci il tarixindən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18-22 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlandı

Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlandı

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

2 və 3 iyul tarixli buraxılış imtahanının nəticələri AÇIQLANDI

2 və 3 iyul tarixli buraxılış imtahanının nəticələri AÇIQLANDI

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

İmtahanın nəticələri açıqlanıb

İmtahanın nəticələri açıqlanıb

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək