Bakı məktəblərinin qızıl və gümüş nişanla təltif olunan şagirdlərinin sayı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.
İdarədən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif edilib.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.