Xəbərlər
11 aprel 2017
2 767


3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ötən illər ərzində 3500-dən çox tələbə Azərbaycan dövlətinin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb.

 

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov "Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda məzunlarla keçirilən görüşdə deyib.

 

Nazir müavini qeyd edib ki, xaricdə təhsil alan məzunların xidmətlərindən maksimum dərəcədə faydalanmalı və istifadə etməliyik.

 

Onun sözlərinə görə, xaricdə təhsil dövlət proqramının yüzlərlə məzunu hazırda Azərbaycandakı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.

 

C.Bayramov əlavə edib ki, bir neçə il bundan əvvəl xaricdə təhsil alan məzunlarla bağlı reyestr - məlumat bazası formalaşdırılıb: "Ola bilsin ki, bəzi məzunlar Azərbaycana geri qayıtdıqdan sonra bu reyestrin əhəmiyyətini hiss ediblər. Çünki hər bir ilin məzunları ilə bağlı onların öz ixtisaslarına uyğun olan aidiyyatı dövlət qurumlarına, böyük işəgötürənlərə öncədən məlumat veririk. Bununla onlara xaricdə dövlət proqramı ilə təhsil alan məzunlarımız barədə informasiya veririk. Bunu ilk növbədə ona görə edirik ki, belə yüksək səviyyəli mütəxəssislər Azərbaycana gəlib işlə təmin edilsinlər".

 

Nazir müavini deyib ki, hər il Azərbaycanın ali məktəblərində ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayı artır.

 

trend.az

Məqalə Göndər








Загрузка...