Xəbərlər
10 aprel 2017
1309

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

 

Bu gündən başlayaraq, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM-də Apelyasiya Komissiyası yaradılıb.
 
Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A.Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 
trend.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...