Xəbərlər
10 aprel 2017
1469

Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

 

Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq.
 
Martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. 
Bu gün saat 10:30-dək 66 564 abituriyent (60080-i Azərbaycan, 6484-ü Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 26016-sı  (23562-si Azərbaycan, 2454-ü Rus bölməsinin məzunu) I, 18810-u (16640-ı Azərbaycan, 2170-i Rus) II, 17029-u (15722-si Azərbaycan, 1307-si Rus) III, 4709-u (4156-sı Azərbaycan, 553-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. 
 
Saat 10:00-dək 31926 abituriyent V ixtisas qrupuna, 33069-u isə tam orta ixtisas təhsili müəssisəılərinə qəbul olmaq üçün sənəd verib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...