AzTehsil.com


Xəbərlər / Müəllim
30 iyun 2021
1 037


“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib



 

İyunun 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Yay məktəbi”nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib.

Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, "Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən "Yay məktəbi” təşəbbüsünün uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib. M.Vəliyeva qeyd edib ki, "Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. İdarə müdiri "Yay məktəbi”ni şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu diqqətə çatdırıb.
 

 

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

 

Dünya ölkələrinin təcrübəsindən bəhs edən İdarə müdiri qeyd edib ki, "Yay məktəbi” uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özgüvən duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynayır.

Bağlanış mərasimində məktəblilər "Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə, tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi” fəaliyyət göstərib. "Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib



Загрузка...
Həmçinin oxuyun: