AzTehsil.com


Xəbərlər / Müəllim
22 iyun 2021
2 381


“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb



“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Məktəb hesabatları”nın dinlənilməsinə start verilib.

"Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.

Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Xəyalə Əhmədzadə və Orxan Kərimov, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.
"Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.

Paytaxtdakı 46 nömrəli tam orta məktəbdə keçirilən ilk dinləmədə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, eləcə də "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən bəhs edib.

İdarə müdiri məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib. Hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının zəruriliyini vurğulayan BŞTİ müdiri məktəbdaxili monitorinq sisteminin təşkilinin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Nəsimi rayonu üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə dair təqdimatla çıxış edib. TDM-in direktoru İlkin Həsənov "Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və  formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə, keyfiyyətə nəzarət işi, ictimaiyyətlə əlaqələr, təminat-təchizat, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda fikir mübadiləsi aparılıb.

Həmçinin, ümumi təhsil məktəblərində IV, VIII və IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə aid təqdimat nümayiş edilib.

Qeyd edək ki, "Məktəb hesabatları” üzrə dinləmələr paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları təltif olunub

Məktəb direktorları təltif olunub

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

Birinci sinfə elektron qeydiyyatla bağlı onlayn görüş

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsil Nazirindən yeni TƏYİNATLAR – FOTOLAR

Təhsil Nazirindən yeni TƏYİNATLAR – FOTOLAR

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı