Xəbərlər / Şagird
19 iyun 2021
945

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri Mərkəzin saytında verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46 min 618 nəfərdən 593-ü imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyunun 22-dən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 19-21-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
DİM imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün onlayn apellyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub

Şagirdlərin nəzərinə: DİM onlayn apellyasiya təşkil edəcək

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

DİM imtahanların nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

DİM buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin ərizə qəbuluna başlanılıb

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub