AzTehsil.com


Xəbərlər
13 iyun 2021
988


“ASAN xidmət”-UTECA- ADAU-GDU arasında əməkdaşlıq memorandumu imzalanıb



“ASAN xidmət”-UTECA- ADAU-GDU arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Gəncədə Heydər Əliyev Mərkəzində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət”) və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib.

Açılış mərasimindən öncə "ASAN xidmət”in, Asiya İnkişaf Bankının, INNOLAND, EKVİTA şirkətinin, eləcə də İnnovasiya Mərkəzi MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində (UTECA) olublar.  Universitetin innovasiya ekosistemi ilə tanış olan qonaqlara məlumat verilib ki, UTECA-da biznes, startap, inkubasiya və innovasiya fəaliyyətləri üzrə görülmüş işlər "Müştəriyə Yönəlmə Proqramı (MYP)" pilot layihəsi, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi və digər əməkdaşlıqlar olmaqla, 3 əsas hissədən ibarətdir. MYP çərçivəsində 50-dən çox iri sənaye və istehsal müəssisələri ilə birgə təlim, təcrübə və tədris-istehsalat proqramları həyata keçirilib. Aktiv olduğu dövrdə proqram 2000-dən çox tələbəni əhatə edib. MYP layihəsinin qida və mühəndislik istiqamətləri üzrə yenidən həyata keçirilməsi və proqramın effektivliyinin artırılması üçün yaxın gələcəkdə elmi tədqiqat və transformasiya mərkəzlərinin yaradılmasıyla bağlı hazırda tərəfdaşlar arasında müzakirələr aparılır.

UTECA-da fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi barədə verilən məlumatlarda qeyd edilib ki, 2016-2019-cu illərdə filialda inkubasiya mərhələsinə 7 startup qəbul olub, onlardan 3-ü akselerasiya mərhələsini tamamlayaraq fəaliyyətini davam etdirə bilib. Hazırda bu startuplardan yalnız biri - "Otmilk" öz aktiv fəaliyyətini davam etdirir.

Startapçılarla söhbətdən və UTECA-da innovasiya ekosistemini əhatə edən digər əməkdaşlıqlarla tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.

Tədbirdə "ASAN xidmət”in sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov və UTECA-nın prorektoru Vüqar İsmayılov iştirak ediblər.

Ceyhun Salmanov "ASAN xidmət”in  fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.

UTECA-nın prorektoru Vüqar İsmayılov hər üç universitet üçün təməli qoyulan layihənin bölgə əhəmiyyətini vurğulayıb: "Bilirik ki, startap ekosisteminin digər bir adı girişim ekosistemidir. Ancaq mən bunu eyni zamanda cəsarət ekosistemi adlandırıram. Məlum məsəslədir ki, investisiyalar paytaxt şəhərlərə axın edir, eləcə də gənclər paytaxta meyl edir. Bu fonda bölgə tələbələrində startaplarla bağlı bir güvənsizlik müşahidə edilir. Cəsarətli olanlar isə bu işdə bir addım öndə olur. Bu baxımdan layihənin reallaşdırılması üçün məhz bölgələrin seçilməsi alqışa və təqdirə layiqdir. Yerli texnoloji startapların inkişafının təşviqi urbanizasiyanın qarşısını alacaq və tələbələrimizdə bir cəsarət ekosistemi formalaşdıracaq”.

Sonda "ASAN xidmət”lə UTECA, ADAU və GDU arasında "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.



Загрузка...
Həmçinin oxuyun:
Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Gələcək üçün bacarıqlar” layihəsində növbəti təlim

“Gələcək üçün bacarıqlar” layihəsində növbəti təlim

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Qocaman universitet - innovasiyalar mərkəzi

Qocaman universitet - innovasiyalar mərkəzi

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilib

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək