AzTehsil.com


Xəbərlər
30 may 2021
3 412


“Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.” - Sədr müavini



“Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.” - Sədr müavini

 

"Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.”

Bu sözləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı keçirəcəyi sorğuya münasibət bildirərkən deyib.

Hesab edirəm ki, yay məktəbinin təşkili ilə bağlı keçirilməli olan sorğunun nəticələrindən asılı olmayaraq belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir. Ekspertin söslərinə görə  uzun müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə aktuallaşdırıb. Məktəbin ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca yararlanmasın və ya kim istəyər ki, pandemiyanın fəsadları üzündən bilik və bacarıqlarında yaranan boşluqları bərpa bərpa etmək fürsətini əldən versin.

Pandemiyanı bir kənara qoyub, həyat normal axarına düşsə belə, yay məktəblərinin daha geniş spektrdə əhatə olunması barədə düşünməli, bir vaxtlar, o qədər də uzaq olmayan keçmişdə fəaliyyət göstərən və pioner düşərgələri adlandırılan məktəblilərin yay toplantılarının yeni formatda təşkili ilə bağlı əməli işlər görməliyik.

Məktəbin vəzifəsi öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət deyil.  İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var.  Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu kimi düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır.

Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratlarını yoldaşları ilə bölüşürdülər, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Çünki, istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri sosiallaşma ilə yanaşı, yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir.

Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı bu təşəbbüsü, yaxın gələcəkdə bu istiqamətdə işlərin daha geniş miqyasda və daha əhatəli formatda davamı və inkişaf etdirilməsi üçün, zəmin yaradar, stimul ola bilər.



Загрузка...
Həmçinin oxuyun:
Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

Cəsarət Valehov: Yay tətili ilə bağlı tədbirlərin təşkili üzərində çalışırıq

Cəsarət Valehov: Yay tətili ilə bağlı tədbirlərin təşkili üzərində çalışırıq

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

İstirahətin və asudə vaxtın təşkili.

İstirahətin və asudə vaxtın təşkili.

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Nadir İsrafilov- Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam.

Nadir İsrafilov- Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam.

Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"

Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”

Nadir İsrafilov: “Hər hansı məsələyə irad bildirərkən təklif yoxdursa, bu, artıq qərəzdir”

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

Sədr müavini- "Günüuzadılmış qrupların açılmasında məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaqdır"

Sədr müavini- "Günüuzadılmış qrupların açılmasında məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaqdır"

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR