AzTehsil.com


Xəbərlər / Ekspert
21 may 2021
3 134


Sədr müavini- "Günüuzadılmış qrupların açılmasında məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaqdır"



Sədr müavini- "Günüuzadılmış qrupların açılmasında məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaqdır"

 

"Şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər”.

 
Bu sözləri açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 O, günuzadılmış qrupların fəaliyyətindən söz açıb:

Belə ki, Azərbaycanda "Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası” təsdiqlənib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.

"Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Valideyn üçün məktəblərdə günüuzadılmış qruplar açılmasından xoş müjdə nə ola bilər ki? Hər şeydən əvvəl, şagirdlər məktəbdə olanda özlərini daha arxayın və rahat hesab edəcəklər. Digər bir məsələ qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.

Dövlət hesabına maliyyələşən bu qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət verməkdir. Vacib məqamlardan biri də odur ki, qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.  Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək”.

 Sədr müavini günuzadılmış qrupların tarixindən söz açıb:

"Onu da xatırltmaq yerinə düşər ki, günüuzadılmış qruplar hələ sovetlər birliyi dövründən mövcud olub və müasir dövrümüzdə də dünyanın inkişaf etmiş əksər ölkələrində bu qrupların fəaliyyətinə geniş yer verilir. Əgər səhv etmirəmsə, təxminən 5-6 il bundan əvvəl təkcə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 300-dən bir qədər artıq məktəbdə 200-ə yaxın günüuzadılmış qrup fəaliyyət göstərirdi. Bu qruplara 4000-nə yaxın şagird cəlb olunmuşdu. Müəllimlər şagirdlərin qidalanmasına, onların gəzintiyə çıxarıldılmasına, şifahi və yazılı ev tapşırıqlarının hazırlanmasına nəzarət edirdi.

 Bir ara, müəyyən obyektiv və subyektiv səbəblərdən günüuzadılmış qruplarlarla bağlı durğunluq yaşandı. Nəhayət, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən "Ümumi təhsil haqqında” qanuna Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası ilə bağlı dəyişiklik öz əksini tapmış oldu.

Yəni, qüvvədə olan qanunda ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qrupların yaradılması nəzərdə tutulur və günüuzadılmış qrupların təşkili qaydasının müəyyən edilməsini nəzərdə tutan müddəa əlavə olunur”.

 



Загрузка...
Həmçinin oxuyun:
Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Biz təamyüllü qrupların yaradılmasını dəstəkləyirik və bunu məqsəduyğun hesab edirik, – komitə sədri deyib.

Biz təamyüllü qrupların yaradılmasını dəstəkləyirik və bunu məqsəduyğun hesab edirik, – komitə sədri deyib.

Müəllimlər nəyə diqqət etməlidir

Müəllimlər nəyə diqqət etməlidir

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

Müəllimlərin sinif jurnalı yazarkən yol verdikləri səhvlər – Bilmədiyimiz məqamlar

Müəllimlərin sinif jurnalı yazarkən yol verdikləri səhvlər – Bilmədiyimiz məqamlar

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri əvəz etməyə görə əlavə haqların ödənilməsi.

Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri əvəz etməyə görə əlavə haqların ödənilməsi.

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

İyunun 11-i verilən I və IV qrupların sınaq imtahanlarının cavabları açıqlanıb

İyunun 11-i verilən I və IV qrupların sınaq imtahanlarının cavabları açıqlanıb

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Hazırlıq qruplarının harada açılacağı MƏLUM OLDU

Hazırlıq qruplarının harada açılacağı MƏLUM OLDU

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI