Xəbərlər
04 aprel 2017
2 425
Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi
Qərb Universitetində "İdarəetmə etikası” mövzusunda seminar keçirilib. Seminarı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının sədr müavini, professor Ali Kutvan aparıb.
Professor idarəçiliyin etik aspektləri barədə təqdimatla çıxış edib, iş etikasının tarixi, bügünkü tələbləri, yeni trendlər barədə məlumat verib, eyni zamanda fikir və mülahizələrini bölüşüb. Daha sonra sual-cavab paneli olub, qonaq tələbələrin suallarını cavablandırıb. A.Kutvan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünü yüksək qiymətləndirib, maraqlı polemikaya görə onlara təşəkkür edib. Sonda professor "İdarəetmə etikası” adlı yeni çap olunmuş kitabını universitetin kitabxanasına hədiyyə edib.
moderator.az