AzTehsil.com


Xəbərlər / Müəllim
04 may 2021
1 412


İbtidai sinif yaşı: 6, yoxsa 7 olsun? - ARAŞDIRMA



İbtidai sinif yaşı: 6, yoxsa 7 olsun? - ARAŞDIRMA

 

Bir neçə gündür ki, birinci siniflərə qəbul prosesinə start verilib və sosial, eləcə də yerli mediada 6 yaşlı uşaqların məktəbə hazırlıqlı olub-olmaması məsələsi müzakirə predmetinə çevrilib.

Lent.az mövzunun aktuallığını nəzərə alaraq yaranmış bəzi suallara aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, "Təhsil haqqında” qanununa əsasən, ibtidai təhsil altı yaşdan başlayır:

"Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Eyni zamanda, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaların 2.8-ci bəndinə əsasən hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. 8 yaşdan yuxarı təhsildən kənarda qalmış uşaqların I sinifdə təhsilə cəlb edilməsi məktəblərdə müəyyən olunmuş qaydalar daxilində fərdi təhsil təyin edilməklə həyata keçirilir”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər uşaqlar arasında fiziki inkişaf kəskin  aşağı düşüb və valideynlər övladlarının fiziki hazırlığının birinci sinfə getmək üçün uyğun olmadığını görürlər.

"Təhsil Nazirliyi 5 yaşdan etibarən ödənişsiz olaraq məktəblərin daxilində məktəbəhazırlıq qrupları yaradıb və şagirdlər fiziki, psixoloji cəhətdən məktəblərə adaptasiya olmaq üçün həmin qruplara gedirlər. Amma görürük ki, məktəbəhazırlıq qruplarından sonra valideynlər uşaqların fiziki cəhətdən hazır olmadıqlarını anlayırlar və buna görə də övladlarını tədrisə 7 yaşdan cəlb etməyə çalışırlar. Bu zaman şagirdlər arasında yaş fərqi yaranır və burada boy fərqi də hiss olunur. Bu ciddi tendensiyaya gətirib çıxaracaq, çünki əvvəl sentyabr ayının 15-nə qədər 6 yaşı tamam olan uşaqlar məktəbə gedirdilər. Ondan sonra 6 yaşı olanlar isə növbəti tədris ilində məktəbə yollanırdılar”.

K.Əsədov qeyd edib ki, orta məktəblərdə dərslərin sayı ibtidai siniflər üçün çoxdur, dərsliklərin informasiya yükü də ağırdır:

"Şagirdlər dərslikləri mənimsəməkdə çətinlik çəkirlər. Əgər ibtidai sinif şagirdləri üçün dərslərin müddəti 30 dəqiqə edilsə, dərsliklər sadələşdirilsə, keçirilən dərslər oyunlar vasitəsilə uşaqlara çatdırılarsa, problem həll oluna bilər.

Dünyanın bir çox ölkələrində (Cənubi Koreya, Sinqapur və s.) hətta 5 yaşından belə uşaqlar birinci sinfə cəlb edilirlər. Həmin uşaqlar bağçalara 1-2 yaşından gedirlər. Azərbaycanda da rahatlıqla 6 yaşlı uşaqların məktəblərə getməsi üçün onların 1-2 yaşdan etibarən bağçalara cəlb edilməsi prosesinə başlanılmalıdır. Təəssüf ki, hazırda uşaqların 25 faizi uşaq bağçalarına gedirlər. Bu rəqəm 90-95 faiz olarsa, uşaqlar 6 yaşından fiziki və psixoloji olaraq məktəbə hazır olarlar”.

İbtidai sinif müəllimi Şamama Əhmədova deyib ki, birinci siniflər üçün hazırda istifadə edilən kitabları mənimsəməkdə şagirdlər əziyyət çəkirlər:

"Düşünürəm ki, kitablarla bağlı dəyişikliklər edilməlidir. Dəyişiklik mümkün deyilsə, məktəbəqədər qruplara cəlb olunma 6 yaşdan, ibtidai siniflərə qəbul isə 7 yaşından olsun”.

Ş.Əhmədova qeyd edib ki, əvvəllər birinci siniflər üçün kitablar çox sadə və anlaşılan olub:

"Məsələn, köhnə kitablarda ilk siniflərə 100-lük kvadrat keçilmirdi. İndi isə uşaqlara bunu öyrədirik. Hər uşaq bunu qavraya bilmir və öyrənə bilməməsi, dərsin çətin olması onun tədrisə həvəsini aşağı salır.

Dərsliklər həqiqətən də uşaqları incidir, daşıya biləcəyi yükdən ağır olur. Buna görə də dərslərə həvəsi ölür və bilik səviyyəsi aşağı düşür. Ancaq kitablar onların qavrayacağı şəkildə olarsa, onların da həvəsi artar və məktəb sevgisi də çoxalar”.

"Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür”.

Psixoloq Aynur Ələsgərova isə düşünür ki, məktəb həyatı insan üçün əhəmiyyəti dövrün başlanılması deməkdir:

"11 il mütəmadi getdiyi müəssisədə insan ərsəyə gəlir. Məktəb, şəxsin  məktəbə gedənə qədər yığdığı təcrübə,  aldığı tərbiyə və fərdi göstəricilərini sınaqdan keçirdiyi meydandır. Müasir həyatda öyrənmə mühiti təkcə məktəbdən başlamır və məktəblə yekunlaşmır. Şagird məktəbə gələnə qədər artıq onda həyatla bağlı anlayışlar mövcud olur. Şəxslərarası münasibətlər, özünü və başqalarını tanıya bilmək, hadisələri və əşyaları fərqləndirmə kimi bacarıqların müəyyən formasına sahib olur. Bu baxımdan məktəb yaşı dövrünün, daha doğrusu məktəbə başlama yaşının tez olması narahatverici olmamalıdır”.

Psixoloq əlavə edib ki, ölkəmizin təhsil sistemində məktəb, məktəbəhazırlıq qruplarından yəni 5 yaşından başlayır:

"Bu qruplarda şagirdlərə təlimlə bağlı ilkin anlayışlar vizual şəkildə öyrədilməyə başlanılır. Məktəbəhazırlıq qrupları adından da göründüyü kimi şagirdi məktəbə hazırlamaq, məktəb mədəniyəti, məktəb vərdişinin aşılanması məqsədi ilə həyata keçirilir. Bu qruplara gələn şagirdlər, birinci sinifdə təhsil alanlar və eyni zamanda kiçik yaşlı uşaqları müşahidə etdikdə görmək olur ki, onlarda yeni bacarığa sahib olma potensialı, yeni tanışlıq qurma keyfiyyətləri, ünsiyyət yarada bilmə, qrupla bərabər fəaliyyət göstərmək kimi xüsusiyyətlər asanlıqla icra olunur. Bu baxımdan 5 yaşda təhsil ala bilərlərmi kimi nigaranlıqlar əhəmiyyətini itirmiş sayılır”.

A.Ələsgərovanın sözlərinə görə, sürətli inkişaf (akselerasiya) prosesini nəzərə alaraq şagirdlərin yeni biliklərlə tanış olmasının 5 və 6 yaşdan başlamasını erkən hesab etmək doğru sayılmaz:

"Zaman irəliləyir, insan keyfiyyətləri də zamanın sürətinə uyğun təşkil olunmalıdır. Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür. Dərs yükü, materialın çətinliyi sistemli şəkildə yanaşılarsa, şagird üçün asan hala gətirilə bilər”.



Загрузка...
Həmçinin oxuyun:
6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə  gedəcəklər.

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə gedəcəklər.

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Uşaqların məktəbə qəbulunda YENİLİK

Uşaqların məktəbə qəbulunda YENİLİK

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Valideynlər sabahdan etibarən sənədləri məktəbə təqdim edə bilərlər

Valideynlər sabahdan etibarən sənədləri məktəbə təqdim edə bilərlər

Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı

“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul qaydaları açıqlanıb