Xəbərlər / Müəllim
04 may 2021
939


“Hibrid təlim gələcəyin təhsilini dəyişəcək”

 

Koronavirus pandemiyasının yaratdığı böhran tədrisə olan bir sıra yanaşmaları yenidən düşünməyə vadar edir. Qlobal səviyyədə yeni dərs formaları – şagirdlərə yönəlmiş layihə əsaslı tədris  və dərslərin bir hissəsinin sinifdə, bir hissəsinin isə onlayn təşkil olunan hibrid iş formatı tələb edilir.

"Promethean” kompaniyasının təhsil strategiyaları departamentinin rəhbəri, doktor Con Kollik (John Collick) gələcəyin niyə hibrid təlimi ilə bağlı olması, neyrobiologiyanın kəşfinin müəllimlərə necə kömək edəcəyi, müasir şagirdləri inkişaf etdirmək üçün hansı bacarıqların lazım olduğunu izahlayır.

Böhran  şəraitində təhsil

COVID-19 böhranı dövründə bütün dünyanın  məktəblərinin şagird və müəllimləri birdən-birə  təcrid vəziyyətinə düşdü. Bu halda hökumətlərin tətbiq etdiyi tədbirləri fövqəladə hallarda məsafədən təhsil kimi xarakterizə etmək olar. Məlum oldu ki, dünya əhalisinin yalnız 14 faizinin geniş zolaqlı rabitəyə, 44 faizinin isə internetə qoşulmağa çıxışı var.  Bir qayda olaraq, ucqarlarda yaşayan əhalinin ən yoxsul hissəsi və ya həssas əhali qrupuna aid icmalarda yaşayan insanlar şəbəkəyə qoşula bilmədi.

Zəngin ölkələr müxtəlif müvəffəqiyyət dərəcəsi ilə onlayn təhsilə keçdilər. Adekvat infrastruktur olmayan yerdə yalnız televiziya və radio üzərindən təhsil verilişləri ilə kifayətlənməli oldular və məktəblilərə bu resurslara baxmaq tövsiyə edildi. Canlı verilişlərin internetə yüklənən dərslərlə müqayisədə daha böyük auditoriyası var, lakin TV-formatlı təlimlərdə böyük çatışmazlıqlar var: şagirdlər  üçün yalnız müəllimlərin mühazirələri əlçatandır və başqa imkanlar yoxdur. Bu çox əlverişsiz bir yanaşma olsa da, öz üstünlükləri də  var – məzmun bütün əhaliyə əlçatan olur.

Hibrid təlim – əsas trend

İndi onlayn təhsil uşağa yönəlmiş layihə işinə və təhsilə doğru irəliləyir. Bu, daha çevik haldir, çünki format daha müxtəlifdir. Amma təhlükə də var ki, son nəticədə bu yanaşma seçilmişlərin qismətidir. Belə ki, hətta varlı ailələrdə belə yalnız bir kompüter ola bilər  və bir neçə uşaq tərəfindən paylaşılırsa, onlara dərslərə və materiallara tam giriş əldə etmək çətin olacaq.

İrəliyə baxanda aydın olur ki, gözlənilməz halların öhdəsindən gələcək sistemli və davamlı bir yanaşmaya ehtiyacımız var. Və bu, hibrid təhsil ola bilər.

Hibrid tədris sistemi dedikdə, biz paralel olaraq həm sinifdə, həm də onlayn formatda təhsil almağa imkan verən həll variantını nəzərdə tuturuq. Uşaqların bir hissəsi məktəbdə sinifdə olarkən qalan hissəsi təcriddə qala bilər.  Ancaq bu bir maneə deyil – hamı birlikdə öyrənir.

Neyrobiologiya köməyə gəlir

Hibrid təlim metodlarının yaradılmasında neyroelmlər kömək edir. Məsələn, neyroelmin kəşflərindən biri ondan ibarətdir ki, aktiv idrakın optimal pəncərəsi,  təxminən on dəqiqə davam edir. Bu o deməkdir ki, biz on dəqiqəlik zaman kəsimində ən yaxşı anlayır və öyrənirik, bundan sonra konsentrasiya pisləşir.
Yorğunluq və ya stress anlarında bizim bilik pəncərəmiz də azalır. Beynin məlumatları idarə etmək qabiliyyəti biz istirahətə ara vermədən idrakın on dəqiqəlik sessiyasını davam etdirdiyimizdə daha da pisləşir. Bu, məsələn, dərslərin uzaq hissəsi üçün tədris videokontentinin hazırlanmasına kömək edən kəşflərdən biridir.

Gələcəyin iki bacarığı

Müasir şagirdlər daha müstəqil və düşüncəli olurlar. Müəllimlərin vəzifəsi uşaqlarda iki fundamental bacarığı inkişaf etdirməkdir: tənqidi düşüncə və self – idarəetmə.

Bu səlahiyyətləri açıqlamaq üçün istifadə edə biləcəyiniz bir sıra üsullar var. "Sokrat sualları” metodu şagirdlərdə əsaslandırma bacarıqlarını inkişaf etdirir, onlara yaxşı düşünülmüş suallar və cavablar verməyi formalaşdırmağı öyrədir. Uşaqlar bir mövzunu izahlayarkən, özlərini təqdim etdikdə müəllim onların nəticələrə necə gəldiklərini və hansı arqumentdən istifadə etdiklərini daha yaxşı başa düşür. Uşaqları diskussiya və onlayn fəaliyyətə cəlb etmək olar,  bu, onlara öz fikirlərini nizama salmaq üçün yaxşı bir yoldur.
Oruc MUSTAFAYEV
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur

Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

Ali təhsildə hibrid yanaşma

Ali təhsildə hibrid yanaşma

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

Tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyin 6 yolu

Tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyin 6 yolu

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Ümumi gələcək naminə təhsili qorumaq

Ümumi gələcək naminə təhsili qorumaq

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Dünyada müəllimin rolu dəyişməlidir

Dünyada müəllimin rolu dəyişməlidir

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Distant təhsilə görə müəllimin haqqını kim ödəyəcək?

Distant təhsilə görə müəllimin haqqını kim ödəyəcək?

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Məktəb təhsilinin vəziyyəti

Məktəb təhsilinin vəziyyəti