AzTehsil.com


Xəbərlər / Səhiyyə
23 aprel 2021
1 159


Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ



Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

 

Koronavirusa yoluxmuş şəxslərin çoxu evdə müalicə alır.

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə həmin şəxslərin necə müalicə olunmasına münasibət bildirib.

Onun sözlərinə görə, hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə antiviral preparatlar alıb qəbul edirlər.

Həkimin müsahibəsini təqdim edirik:

- Test nəticəsi pozitiv çıxan vətəndaşlar hansı hallarda evdə müalicə oluna bilərlər?

- Öncə onu qeyd edim ki, PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısını alır.

Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdırlar. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

- Evdə müalicə müddəti neçə gündür?

- Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi hallar mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişə bilər. Müalicə müddəti orta hesabla 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər.

Qeyd etdiyim kimi, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidirlər.

Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar.

Xəstəliyi ağır keçirən şəxslərin daim həkim nəzarətində olmaları, laborator müayinələr və oksigenə ehtiyac olduğu üçün stasionar müalicəsi zəruridir.

Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin.

Əgər evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onları qorumaq üçün nələrə diqqət etmək lazımdır?

Evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir.

Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir.

Evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sisteminin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin qidalar qəbul etməlidir.

- Antibiotik istifadəsi nə zaman təyin edilir?

- Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər.

Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə, antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir.

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır.

Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur.

Evdə müalicədə ən çox edilən səhvlər nələrdir? Bəzən xəstələr ağırlaşmış halda xəstəxanaya çatdırılır. Xəstələr niyə ağırlaşır?

Əvvəla, onu qeyd edim ki, test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməkdənsə, öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir.

Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər.

Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər.

Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəni xəstəxanaya köçürməli olurlar.

İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir.

Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır.

Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur.

- Antiviral preparatlar nə dərəcədə effektlidir?

- Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır.

Ümumiyyətlə, COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil.

Qısaca desək, COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib.

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı. 



Загрузка...
Həmçinin oxuyun:
Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Koronavirus xəstələrinə yazılan FAVİPİRAVİRin fəsadları – Tanınmış həkimdən etiraz

Koronavirus xəstələrinə yazılan FAVİPİRAVİRin fəsadları – Tanınmış həkimdən etiraz

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Baş infeksionistdən həyəcan təbili: “Simptomsuz xəstələr daha təhlükəlidir” – VİDEO

Baş infeksionistdən həyəcan təbili: “Simptomsuz xəstələr daha təhlükəlidir” – VİDEO

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Evdə koronavirusdan necə müalicə olunmaq olar? – İnfeksionistin tövsiyələri

Evdə koronavirusdan necə müalicə olunmaq olar? – İnfeksionistin tövsiyələri

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Koronavirus zamanı kömək edən UCUZ DƏRMAN

Koronavirus zamanı kömək edən UCUZ DƏRMAN

Rəşad Mahmudovdan koronavirusdan sağalmağın SADƏ YOLLARI - Bal, çay və mürəbbələrlə...

Rəşad Mahmudovdan koronavirusdan sağalmağın SADƏ YOLLARI - Bal, çay və mürəbbələrlə...

Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları açıqlandı

Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları açıqlandı

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ