
Türkiyə dövləti əzəldən Azərbaycana hərtərəfli ən böyük dəstək verən ölkədir .
Qədim dövrlərdən hər iki dövlət arasında isti münasibətlərin yaradılması üçün tarixi şəxsiyyətlər misilsiz dərəcədə canfəşanlıq göstərmişdilər və hal-hazırda bu münasibətlər qorunub saxlanılır . Azərbaycan dövlətinin apardığı Vətən müharibəsi zamanı bir neçə dövlət tərəfindən onun haqq işinə dəstək verilmişdir .Türkiyə isə Azərbaycan dövləti, Azərbaycan xalqı ilə birləşdiyini əyani olaraq hiss etdirmişdir .
Vətən müharibəsinin başladığı ilk gündən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla sıravi türk nümayəndələri Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldular .Türkiyə dövləti Azərbaycan xalqının başına gələnlərə qarşı hər zaman öz etirazlarını dünyanın nüfuzlu dövlət tribunlarından bildirərək , Azərbaycana dəstək olduğunu və bu missiyanı axıra qədər davam etdirəcəklərini bəyan etməkdən çəkinmir. Dünya miqyasında Türkiyə kimi böyük iqtisadi, siyasi və hərbi gücə malik dövlətin Azərbaycanı dəstəkləməsi bizi hər zaman ruhlandırır və gələcəkdə əmin- amanlığın yaranmasına, eləcədə qorunub saxlanmasına zəmin yaradır.Türkiyə dövləti yalnız müharibə zamanı deyil, müharibədən sonra da Azərbaycana dəstəyini əsirgəmir.Belə ki müharibə gedən ərazilərin minalardan təmizlənməsi, abadlıq quruculuq işlərinin aparılması və digər sahələrin bərpası və inkişafı üçün öz dəstəklərini göstərməkdə davam edirlər.
Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular.
Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı”. Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi qədim tarixə malik ortaq milli-mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olmaqdan başqa, həm də uydurma ikili standartların yox, ədalətin qələbə çalmasına dəstək verməyin əsl xidmətin ifadəsidir.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabr Zəfər paradında çıxış edərkən qeyd etmişdir: "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.
Bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, dünyaya sülh və barış gətirməyin nümunəsidir. Əminlikdə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq! Təşəkkür Türkiyə Azərbaycanın haqq işinə verdiyin mənəvi dəstəyə, birliyə, həmrəyliyə görə.
Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbin direktoru Zahidə Aslanova