Xəbərlər / Şagird
15 aprel 2021
731


“Dərs vaxtı”nın 16 aprel cədvəli

 

"Mədəniyyət”, "ARB Günəş” telekanallarında yayımlanan "Dərs vaxtı” proqramı aprelin 16-sı üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən  bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube” kanalı ilə yanaşı, "Dərs vaxtı”nın "Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
Məqalə Göndər








Загрузка...