“Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində iştirak edəcək rus bölməsi abituriyentlərinin sayı açıqlanıb
Rus bölməsini seçmiş abituriyentlər üçün keçiriləcək "Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində 6 150 abituriyent iştirak edəcək. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, "Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.