AzTehsil.com

Xəbərlər / Şagird
13 aprel 2021
956

Məktəblərimiz “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” proqramında

Azərbaycan məktəbləri "Microsoft” şirkətinin "Nümunəvi məktəblər” (Microsoft Showcase School) proqramında nominant seçiliblər. 

Proqram dünya üzrə təhsilin idarəolunması və tədris prosesinin təşkilində "Microsoft” texnologiyalarından innovativ formada istifadə edən və öz təcrübələrini beynəlxalq təhsil ictimaiyyəti ilə bölüşməyə hazır olan məktəblər üçün nəzərdə tutulub. 

Təhsilin rəqəmsal transformasiyası üzrə qabaqcıl məktəbləri bir araya gətirən bu proqramda ölkəmiz üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Sumqayıt Təfəkkür liseyi, Bakı şəhəri 238 nömrəli, 36 nömrəli və 220 nömrəli tam orta məktəblərin nominantlığı qəbul olunub. Məktəblər təhsildə rəqəmsal liderlik və siyasət, data əsaslı təhsil, gələcək bacarıqların formalaşdırılması, fərdi ehtiyacları dəstəkləyən inklüziv öyrənmə mühitinin olması kimi meyarlara əsasən qiymətləndirilib.  

Proqram çərçivəsində iştirakçı seçiləcək məktəblərə "Microsoft” şirkəti tərəfindən metodiki və təşkilati dəstək göstəriləcək, məktəblər geniş tədris resurslarına və elmi tədqiqatlara çıxış imkanı əldə edəcək, davamlı olaraq keçirilən beynəlxalq tədbirlərdə iştirak edə, digər məktəblərlə ortaq layihələr həyata keçirdə və öz təcrübələrini paylaşa biləcəklər.

Qeyd edək ki, proqramda iştirak Təhsil Nazirliyi və "Microsoft” korporasiyası arasında imzalanmış "Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi” çərçivəsində həyata keçirilir. Niyyət sənədinə əsasən, tərəflər arasında ümumtəhsil sahəsində strateji əməkdaşlığın qurulması, həmçinin, Azərbaycanda "Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəblərin yaradılması nəzərdə tutulur.

Загрузка...
Həmçinin oxuyun:
Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

Azərbaycanlı şagirdlər beynəlxalq tədbirdə qalib oldu

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

BDU-da 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından yararlanır

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

“Virtual məktəb”in yaradılmasından 1 il ötür

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Təhsil Nazirliyindən universitetlərə təklif

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb

Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik