AzTehsil.com


Xəbərlər / Psixoloq
10 aprel 2021
1 410


Təhsil Nazirliyinin psixoloji yardım üçün qaynar xətti fəaliyyət göstərir



Təhsil Nazirliyinin psixoloji yardım üçün qaynar xətti fəaliyyət göstərir

 

Koronavirus pandemiyası ilə bağlı artıq xeyli müddətdir ki, insanlar evdə qalmağa, izoliasiya olmağa məcburdur. İnsanların uzun müddət evdə qalmaqları onlarda müxtəlif psixoloji pozuntuların yaranmasına səbəb olur. Bütün bu halları nəzərə alaraq Təhsil Nazirliyi 2020-ci ilin aprel ayından başlayaraq evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda müraciət edib yardım ala biləcəyi  yeni 146-3 "Qaynar xətt”i istifadəyə verdi.

Artıq bir ildir fəaliyyət göstərən "Qaynar xətt” xidmətində vətəndaşlara psixoloji yardımı məktəb psixoloqları həyata keçirir. Diqqətə çatdıraq ki, vətəndaşlar həftə içi 5 gün, səhər saat 10-dan axşam saat 18:00-a qədər bu xidmətə zəng edərək faydalana bilərlər.

Onu da qeyd edək ki, bir il ərzində xeyli vətəndaş bu xidmətdən yararlanıb. Belə ki, 2020-ci ildə "Qaynar xətt”-ə 4789,  2021-ci il üzrə isə 562 zəng daxil olub. Daxil olan zənglər əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemləridir. Bundan başqa abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli də zəng  edənlər kifayət qədər üstünlük təşkil edir.

Bəs, vətəndaşlara psixoloji yardım necə göstərilir?

Öncə vətəndaş "Qaynar xətt” xidmətinə zəng edir. Vətəndaşla operatorlar tərəfindən qısa söhbət aparılır. Sonra xüsusi ixtisaslaşmış psixoloq tərəfindən heç bir ödəniş olmadan konsultasiya təşkil edilir. Psixoloq konsultasiya zamanı vətəndaşın hansı istiqamətdə psixoloji yardıma ehtiyacı olduğunu müəyyən edir. Beləliklə, vətəndaşa psixoloqlar tərəfindən yardım göstərilir, onunla mütamadi olaraq söhbətlər aparılır.

Psixoloqlar daha çox nələri tövsiyə edirlər?

Psixoloqlar müraciət edən valideynlərin bir çoxunun övladlarının onlayn dərslərə adaptasiyası olmaqda çətinlik çəkdiyini deyirlər. Bunu nəzərə alan psixoloqlar valideynlərə təmkinlə uşaqlara gündəlik plan hazırlamağı məsləhət bilirlər. Psixoloqlar həmçinin mövcud vəziyyəti problemli vəziyyət kimi deyil, ondan səmərəli istifadə etmək haqqında düşünməyi də tövsiyə edirlər. Uşaqlarla səmərəli vaxt keçirməli,  onların  hobbiləri  ilə  məşğul olmağın daha faydalı olacağını düşünürlər. Psixoloqlar eyni zamanda ev şəraiti olmasına baxmayaraq, şagirdləri fiziki aktivliyə cəlb etməli olduqlarını da vacib amillərdən hesab edirlər.



Загрузка...
Həmçinin oxuyun:
Aprel ayında 146-3 "Qaynar xətt"nə 863 zəng daxil olub

Aprel ayında 146-3 "Qaynar xətt"nə 863 zəng daxil olub

Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

“Qaynar xətt” xidmətinə 250 zəng daxil olub

“Qaynar xətt” xidmətinə 250 zəng daxil olub

Nazir  “Qaynar xətt”ə daxil olan əsas müraciətlərdən danışdı

Nazir “Qaynar xətt”ə daxil olan əsas müraciətlərdən danışdı

BŞTİ: Karantin rejimi elan olunandan 146-3 “Qaynar xətt”i fəaliyyət göstərib

BŞTİ: Karantin rejimi elan olunandan 146-3 “Qaynar xətt”i fəaliyyət göstərib

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

Ötən il uşaqlarla bağlı 3424 müraciət edilib -Psixoloji, təhsil, hüquqi...

“Məktəb psixoloqundan tövsiyələr”: Növbəti videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: Növbəti videoçarx

Məktəb psixoloqundan tövsiyələr”: XIII videoçarx

Məktəb psixoloqundan tövsiyələr”: XIII videoçarx

Nadir İsrafilov:  “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır.“

Nadir İsrafilov: “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız zamanıdır.“

“Məktəb psixoloqundan tövsiyələr”: XXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXIX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXIX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr” layihəsi davam edir

“Məktəb psixoloqundan tövsiyələr” layihəsi davam edir

“Məktəb psixoloqundan tövsiyələr”: XXX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXIV videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXIV videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXIII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXIII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXI videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXI videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXVII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXVII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XIV videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XIV videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XVI videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XVI videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: IX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: IX videoçarx