Azərbaycanın qırx dörd gün davam edən Vətən müharibəsi zamanı şəhid olan Türkiyənin Balıkesir Universitetinin tələbəsi Məmmədağa Səfərovun adı bu ali təhsil müəssisəsində əbədiləşdirilib.
AZƏRTAC xəbər verir ki, şəhidin adı təhsil aldığı universitetin ən böyük konfrans salonlarından birinə verilib.
Şəhidin adının universitetdə əbədiləşdirilməsi bu təhsil müəssisəsinin rəhbərliyi və təhsil aldığı mühəndislik fakültəsinin təşəbbüsü ilə baş tutub.
Bu münasibətlə Balıkesir Universitetində keçirilən rəsmi mərasimdə şəhidin ailə üzvləri, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, universitetin və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl şəhidin ailə üzvləri ilə görüş keçirilib.
Mərasimdə çıxışı zamanı Vətənimizin gələcəyi uğrunda tələbəmizin şəhidlik zirvəsinə çatması ilə bağlı ailə üzvlərinə başsağlığı verən səfir belə bir övlad yetişdirdikləri üçün onlara minnətdarlığını bildirib. Universitetin rəhbərliyinə də öz minnətdarlığını ifadə edən Xəzər İbrahim ailədən gələn Vətən sevgisinin insanların qəlbində əbədiləşdirilməsi üçün təhsil müəssisələrinin də böyük rolu olduğunu vurğulayıb: "Universitetdə təhsil zamanı Türkiyə-Azərbaycan arasında münasibətləri tələbələrə aşıladığınız üçün sizə minnətdarıq. Ailəsinin də dediyi kimi, Məmmədağa yalnız Azərbaycan deyil, həm də bir Türkiyə sevdalısı idi. Bu gün iki qardaş dövlət olan Türkiyə-Azərbaycan prezidentlərinin liderliyi və xalqlarımızın birliyi ilə irəliyə doğru hərəkət edir. Burada təhsil də Türkiyə-Azərbaycan qardaşlığının inkişaf etdirilməsində ən vacib olan sahələrdən biridir”.
https://mektebgushesi.az/wp-content/uploads/2021/04/1617801220638804346_1000x669-768x576.jpeg 768w, https://mektebgushesi.az/wp-content/uploads/2021/04/1617801220638804346_1000x669.jpeg 892w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />https://mektebgushesi.az/wp-content/uploads/2021/04/16178012205633151281_1000x669-768x511.jpeg 768w, https://mektebgushesi.az/wp-content/uploads/2021/04/16178012205633151281_1000x669.jpeg 1000w" sizes="(max-width: 342px) 100vw, 342px" style="box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />
Məmmədağa Səfərov Vətən müharibəsi başladıqda öz istəyi ilə təhsilini donduraraq Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün hərbi xidmətə yollanıb. O, 2020-ci ilin oktyabrın 8-də Qusar rayonunda hərbi xidmətə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və qırx dörd gün davam edən Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən M.Səfərov oktyabrın 21-də Xocavənd uğrunda döyüşlərdə şəhid olub.
M.Səfərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılması və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” və "Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib.
Günel Məlikova