Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan "Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Görüşün qonağı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olacaq.
"Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və prespektivlər” mövzusunda baş tutacaq görüş "Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil ediləcək.
Aprelin 12-də saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.
Qeyd edək ki, "Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov və millət vəkili Ceyhun Məmmədov ilə görüşlər təşkil olunub.
MDU-da “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir
BP rəsmisi “Peşəkarla görüş” layihəsində
Millət vəkili “Peşəkarla görüş” layihəsində
MDU-da “Açıq qapı” günləri
MDU-da növbəti “Açıq qapı” günü
Tələbə və valideynlərlə onlayn görüş keçiriləcək
MDU-da yaz imtahan sessiyası ərzində beşinci “Açıq qapı” günü
MDU-da sığorta mövzusunda təlim
MDU-nun rektoru qrup nümayəndələri ilə görüşüb
MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər
UNEC-in millət vəkili olan tanınmış məzunu ilə görüş keçirilib
“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans
ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub
MDU-da tələbə təşkilatlarının fəal üzvləri ilə görüş
MDU-da “İmtahan könüllüsü” layihəsi həyata keçirilir
MDU müəllimlərinin “videodərs”ləri 58000 dəfədən çox izlənmə sayına çatıb
Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto
Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020”
MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib
“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”
MDU Elmi Şurasının növbəti iclası
Petra layihəsinin davamlılığı mövzusunda onlayn görüş
MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri