AzTehsil.com


Xəbərlər
30 mart 2017
3 085


31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib



31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

 

Göygöl rayon Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib. 
 
Tədbirdə Göygöl rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin nümayəndələri,  ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və müəllimlərin iştirak edib.
 

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə soyqırım haqqında olan fikirləri daha da dərinləşdirmək, onlarda vətənpərvərlik hisslərini inkişaf etdirməkdən ibarətdir.
 
Göygöl RTŞ-nin müdiri Elbrus Atayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu tarix bilavasitə 1918-ci il mart ayının sonlarında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. 
 

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

 

Təhsil Şöbəsinin metodisti Anar Rzayev öz çıxışında bildirib ki, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.
 

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

 

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

 

Raminə Məmmədova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...