AzTehsil.com

Xəbərlər / Müəllim
19 mart 2021
1 225

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

"Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət kifayət qədər yüksəkdir”. 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Azərbaycan müəllimi”  qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə 14 483 şagirdin, V-IX siniflər üzrə isə 12 125 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb:

"Bu isə paytaxt üzrə ümumi şagird kontingentinin təxminən beş faizi civarında dəyişən bir göstəricidir. Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub”.

"Baxmayaraq ki, təhsil müəssisələrimizdə karantin rejiminə ciddi əməl olunur, çox təəssüf ki, dünyanın əsas probleminə çevrilmiş COVID-19 təhsil müəssisələrində də ciddi məhdudiyyətlər yaratmaqdadır. Təəssüflər ki, son günlər bir neçə məktəbin distant təhsilə keçməsinin şahidi oluruq. Bununla yanaşı, bir neçə məktəbdə də yenidən əyani tədrisin bərpası faktları da hər birimizi sevindirməkdədir.

Yaşanan mövcud çətinliklərə baxmayaraq hazırda Təhsil Nazirliyi və BŞTİ tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan fasiləsiz təhsili təmin edəcək, təhsildə keyfiyyətin artırılması istiqamətində qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”, - deyə o əlavə edib.

Загрузка...
Həmçinin oxuyun:
V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Bakıda 1 müəllimdə koronavirus aşkarlanıb, 2 şagird özünütəcridə keçirilib

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

İbtidai təhsil alanların 1,26 faizinin valideyni uşağını məktətəbə göndərməkdən imtina edib

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?