AzTehsil.com


Xəbərlər / D.Qulluğu
15 mart 2021
1 340


Dövlət orqanlarında vəzifələrin tutulması üçün müsahibə mərhələsi elan edilib



Dövlət orqanlarında vəzifələrin tutulması üçün  müsahibə mərhələsi elan edilib

 

2021-ci il 15 mart tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 521 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

DİM-dən  verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 13 aprel 2021-ci il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

· struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

· vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Ümumilikdə, müsahibəyə çıxarılmış 521 vakant vəzifənin 4-ü 4-cü təsnifata, 64-ü 5-ci təsnifata, 46-sı 6-cı təsnifata, 407-i 7-ci təsnifata aid olmaqla, 9-u AB, 75-i AC, 54-ü BA, 383-ü isə BB vəzifə qrupuna aiddir.



Загрузка...
Həmçinin oxuyun:
DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

957 nəfər qeydiyyatdan keçib

957 nəfər qeydiyyatdan keçib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Vakant inzibati vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatır

Vakant inzibati vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Vakant vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 90-dək namizədin müraciəti qeydə alınıb

Vakant vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 90-dək namizədin müraciəti qeydə alınıb

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

906 nəfər qeydiyyatdan keçib

906 nəfər qeydiyyatdan keçib

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Təhsil Nazirliyi vəzifələrin tutulması üçün daxili müsahibə elanı verib

Təhsil Nazirliyi vəzifələrin tutulması üçün daxili müsahibə elanı verib

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi