AzTehsil.com


Xəbərlər / Müəllim
13 mart 2021
7 433


Sinif rəhbərlərinə aid olan vəzifələr



Sinif rəhbərlərinə aid olan  vəzifələr

 

Ümumi təhsil məktəblərində bütün siniflər üzrə (I-XI) sinif rəhbəri təyin edilir.
 
Sinif rəhbərinin əsas işi şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ibarətdir.

Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilə və vəzifədən uzaqlaşdırıla bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri üzrə direktor müavini nəzarət edir. Qanunvericiliyə əsasən, sinif rəhbəri təyin edilmiş şəxslərin aylıq əmək haqqısına 40 manat əlavə edilir.

Təlim prosesinin təşkili:

– sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
– şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
– şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
– hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
– valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
– eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
– Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.

Təşkilati-koordinasiya işi:

– ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
– uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
– fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;

– şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
– təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
– sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);
– şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
– məktəbin tibb işçisi ilə əməkdaşlıq;

– fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
– əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
– məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
– həftəlik sinif saatları keçirmək;
– hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
– sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
– təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
– hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Kommunikativ iş:

– şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
– müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.
– müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
– sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi; 

Təhlil-proqnozlaşdırma işi:

– uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
– şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
– sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.

Qeyd edək ki, bu vəzifələr Azərbaycan Respublikası Təhsil nazirinin, 05 mart 2009-ci il tarixli, 270 №-li əmri ilə təsdiq edilmiş sinif rəhbəri haqqında əsasnaməyə əsaslanır.



Загрузка...
Həmçinin oxuyun:
Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdə kim tərbiyə işləri üzrə təşkilatçı seçilə bilər? – Vəzifənin səlahiyyət və iş planı

Məktəbdə kim tərbiyə işləri üzrə təşkilatçı seçilə bilər? – Vəzifənin səlahiyyət və iş planı

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəblərdə ölmüş “vəzifə”  - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Məktəblərdə ölmüş “vəzifə” - “Sinif nümayəndəsinin işi bu səbəbdən təcili gücləndirilməlidir”

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Müəllimlər nəyə diqqət etməlidir

Müəllimlər nəyə diqqət etməlidir

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Sinif jurnalının yazılması ilə bağlı təlimat

Sinif jurnalının yazılması ilə bağlı təlimat

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..