AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
28 mart 2017
3 050


Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”



Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

 

"Kitabxana şəbəkəsində müəyyən islahatlar aparılır. Biz işləməyən, özünü doğrultmayan, əhalimizin tələblərinə cavab verməyən məkanların bağlanılmasının tərəfdarıyıq”.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində Sabunçu rayonunda yaradılan yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılış mərasimində deyib.
 
Nazir qeyd edib ki, müasir texnologiyaların tətbiq olunması və yeni imkanların açılmasına görə kitabxana iş formatını dəyişməlidir:
 
"Bugünkü açılış mərasimi məhz bu axtarışların nümunəsidir. Zəngin tarixə malik olan kitabxanada yeni formatda xidmətlər təqdim olunacaq. Hesab edirəm, bu bir neçə məkanda tətbiq olunmalıdır. Burada sərbəst internet var, kitab mübadiləsi həyata keçirilir. Eyni zamanda kompleksə daxil olan Asudə Vaxt Mərkəzində şahmat, xarici dil, rəqs və digər dərnəklər fəaliyyətə başlayacaq. Sözsüz ki, bu xidmətlər müəyyən ödənişlər əsasında həyata keçiriləcək. Bu, kitabxananın fəaliyyətinə töhfə verəcək. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən gerçəkləşən layihə çox müsbət bir təcrübədir. Ümid edirəm, bizim regional idarələr də bundan nümunə götürəcək, müxtəlif bölgələrdə bu cür mərkəzlərin yeni üslubda fəaliyyətinin təmin olunması üçün işlər aparacaqlar”.



Загрузка...