AzTehsil.com


Xəbərlər
28 mart 2017
3 462


“Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirildi



“Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirildi

 

Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir. Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər təşkil edilir.
 
Bu gün universitetdə iqtisadiyyat üzrə təhsil alan tələbələr üçün ABŞ-ın Vaşinqton Universitetinin məzunu, iqtisad elmləri namizədi Vüqar Bayramovun seminarı təşkil edilib.
 
"Müasir iqtisadi nəzəriyyələr və Azərbaycan iqtisadiyyatı” mövzusundakı seminarda tanınmış iqtisadçı dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin ölkəmizə təsirləri barədə tələbələrə məlumat verib.
 
Daha sonra sual-cavab paneli olub, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.
 
moderator.az



Загрузка...