AzTehsil.com


Xəbərlər
26 mart 2017
8 804


Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz



Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

 

Bircə şey bilirəm: "Orta məktəbdə yaxşı oxumamış bir adam yüz institut, iki yüz də universitet bitirsə də xeyri yoxdur..."

 

Azərbaycanda 1994-cü ildən bəri bir zaman ərzində müəllimlərin attestasiyadan keçirilməsi ilə rastlaşmamışıq. Görəsən attestasiyaya ehtiyac varmı? Attestasiyanın olması təhsilin inkişafına necə təsir göstərə bilər? Mövzu ilə əlaqədar 126 saylı  məktəbin direktoru, tanınmış təhsil mütəxəssisi Şəmsi Qoca aztehsil.com saytına açıqlama verib:

 

"Attestasiyanın şərti bəlli deyil, keçirilmə qaydaları hələ ki yoxdur. Düşünürəm ki, attestasiyanın olması təhsilin inkişafına elə də ciddi təsir göstərməz. Müəllimin bilik səviyyəsi artacaqmı? Bircə şey bilirəm: Orta məktəbdə yaxşı oxumamış bir adam yüz institut, iki yüz də universitet bitirsə də xeyri yoxdur...

 
Attestasiya əslində müəyyən bir sistemdə çalışanların iş keyfiyyətinin, innovasiyalara meyl səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir. Təəssüf ki, keçmişdə olan attestasiyalar formal xarakter daşıyırdı. Məncə gələcəkdə keçirilməsi nəzərdə tutulan attestasiyanın məqsədi biliyi. savadı yox, işin keyfiyyətini müəyyən edib qiymətləndirməlidir. Bunun üçün də tələsmədən, müəkəmməl qaydalar hazırlanmalı, attestasiyanın nəticəsi bir əldən yox. bir neçə nəfərin qiymətləndirməsindən sonra müəyyən edilməlidir.
 
Müəllim attestasiyasında bilik bir parametrdir. Bütün parametrlər üzrə qiymətləndirmə attestasiyanın obyektivliyinə təminat verməlidir.



Загрузка...