AzTehsil.com


Xəbərlər
25 fevral 2021
1 229


Tələbələr dərsdən yayınmaq üçün təqaüd kartlarını direktora verib – RƏSMİ



Tələbələr dərsdən yayınmaq üçün təqaüd kartlarını direktora verib – RƏSMİ

 

Baş Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbs edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Report”a bildirilib ki, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülən təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilib, həyata keçirilən axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülüb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Загрузка...
Həmçinin oxuyun:
Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Məktəb direktoruna cinayət işi AÇILDI

Məktəb direktoruna cinayət işi AÇILDI

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Məktəb direktoru korrupsiya faktına görə həbs edildi

Məktəb direktoru korrupsiya faktına görə həbs edildi

Baş Prokurorluqdan yandırılaraq öldürülən 10 yaşlı Nərminlə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan yandırılaraq öldürülən 10 yaşlı Nərminlə bağlı AÇIQLAMA

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Eks-məktəb direktoruna cinayət işi açıldı

Eks-məktəb direktoruna cinayət işi açıldı

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Keçmiş direktorun cinayət işi məhkəməyə göndərilib

Keçmiş direktorun cinayət işi məhkəməyə göndərilib

Tələbənin ölümünə görə BDU-nun əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu

Tələbənin ölümünə görə BDU-nun əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb

Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Baş Prokurorluğ Bakıda müəllimin intiharı ilə bağlı məlumat yayıb

Baş Prokurorluğ Bakıda müəllimin intiharı ilə bağlı məlumat yayıb