AzTehsil.com

Xəbərlər
08 fevral 2021
1 151

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı yenidən məhkəməyə müraciət edilib

Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.

N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.

Prosessual qanunvericiliyə əsasən, istintaq 13 ay ərzində yekunlaşmalıdır. Cinayət işində təqsirləndirilən şəxslərin sayının, yaxud iş materiallarının çox olmasına görə Baş prokuror və ya onun birinci müavini zərurət olduğu halda istintaqı daha 6 ay uzada bilər.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün Baş prokuror Kamran Əliyev özü fevralın 1-də Nəsimi rayon məhkəməsinə müraciət edərək, istintaqın daha 4 ay uzadılmasını istəyib. Məhkəmə K.Əliyevin təqdimatını təmin edib və İ.Süleymanovun daha 4 ay həbsdə qalmasına qərar verilib. Baş prokuror müddətin artırılması zərurətini iş materiallarının çox olması ilə əsaslandırıb.

İstintaqın işi məhkəməyə göndərmək üçün bu dəfə artırılan 4 aydan əlavə 2 ay da vaxtı var. Qanun 13 aydan sonra maksimum 6 ay uzadılmaya imkan verir. Daha sonra isə ya iş sübutlarla birgə məhkəməyə göndərilməli, yaxud da cinayət işinə xitam verilərək, İ.Süleymanov azadlığa buraxılmalıdır.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər.

Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur:

"İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.

Загрузка...
Həmçinin oxuyun:
10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddəti uzadıldı

Baş Prokurorluqdan yandırılaraq öldürülən 10 yaşlı Nərminlə bağlı AÇIQLAMA

Nərminin qətlində şübhəli bilinən şəxsin HƏBSİ UZADILDI

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA

Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

Uşaq çantası ağırdır - valideyn nazirliyi məhkəməyə verir

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başlayır

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

İşdən çıxarılan müəllim  məhkəmədə direktora qalib gəldi

Məktəb direktorunu döyən aktyoru 7 illik həbs gözləyir - ÖZƏL

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

BDU-nun ölən tələbəsinin ekspertiza nəticələri açıqlanıb

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Keçmiş direktorun cinayət işi məhkəməyə göndərilib

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bakıda müəllim valideyni məhkəməyə verib

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ