AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
20 yanvar 2021
1 040


Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi



Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

 

20 Yanvar hadisələrinin üstündən 31 il keçir, bu müddət ərzində Azərbaycan xalqı daim SSRİ ordusunun güllələrinin qurbanı olan, tanklar altında əzilib ölən şəhidlərin xatirəsini əziz tutur.

1990-cı ilin yanvar ayının ilk günlərindən etibarən Qırmızı ordunun Azərbaycana girişi üçün cığır açılması prosesinə start verilmişdi. Məqsəd isə xalqın mübarizə əzminin qırılması üçün münbit zəminin yaradılması idi.

20 Yanvar üçün münbit zəmin

Hadisələrin ssenarisi, ssenariyə uyğun rol alan oyunçular, təxribat yaradanlar SSRİ ordusunun əslində Bakıya girişinə hesablanmış addımlar atırdılar.

Yanvarın 11-də AXC-nin radikal qanadının Lənkəranda yerli hakimiyyət binasını ələ keçirməsi, ardınca yanvarın 13-də Bakıda erməni kartından istifadə edilərək guya ermənilərə qarşı talan törədilməsi isə hadisələrin pik həddi idi. 1990-cı ilin 13 yanvarında baş vermiş hadisələrə fərqli qiymətlər verilir.

Təbii ki, bundan əvvəlki proseslər birbaşa və dolayı yolla bir-biri ilə əlaqəlidir. Bu hadisələr 13 yanvara hazırlıq planının tərkib hissəsi, 13 yanvar isə Bakıya rus qoşunun salınması üçün planının vacib hissəsi idi.

Bəzilərinin 13 yanvar hadisələrini talan kimi dəyərləndirməsi, Azərbaycan xalqını ittiham etmə cəhdlərinin arxasında isə yalnız siyasi avantüra və qərəz dayanır. Halbuki bunu həyata keçirən də "KQB” idi.

Milli azadlıq hərəkatının liderlərindən biri Sabir Rüstəmxanlı deyir ki, o zaman ermənilərə basqın həyata keçirən kütlənin qarşısını almağa çalışıblar, bunun xalqımıza yaraşmadığını diqqətə çatdırıblar.

"Barışıq resursları” təşkilatının "Dairənin hissələri” adlı sənədli filmində həmin zamanlar Bakıda yaşayan Marina Sarkisyan bildirir ki, azərbaycanlı qadın qonşusu öz şalını ona verib. Deyib ki, başına sal, səni erməni bilməsinlər və beləcə Marina Sarkisyan bərəyə yollanıb.

Bunlar onu göstərir ki, "KQB” bir neçə erməninin ölümündə və ya evinin talanmasında maraqlı idi. Əsas məqsəd isə azərbaycanlıların erməniləri təhdid etdiyi fonu yaratmaq və onların Bakıdan çıxarılması planını işə salmaq idi.

Həmin hadisələrdən sonra ermənilər Bakını tərk etdilər. Buna görə də məntiqi suallar ortaya çıxır:

Niyə fövqəladə vəziyyət məhz ermənilər Bakını tərk etdikdən sonra elan olundu? Fövqəladə vəziyyətin ermənilərə qarşı basqınların qarşısını almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etməsindən sonra elan olunması nə demək idi?

Hadisələri təhlil etsək əminliklə deyə bilərik ki, 20 Yanvara aparan həlledici amillərin ən vacibi ermənilər olub. Həmişəki kimi erməni kartından istifadə olunub və bu Azərbaycanda qırğınla nəticələnib.

20 Yanvar hadisələri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini apardığı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin vüsət aldığı zamana təsadüf edir. Nədənsə bu hadisələrdən həmişə Ermənistan karlı çıxıb, 13 yanvar hadisələri isə onların nifrətini bir az da körükləyib.

20 Yanvar qəhrəmanlıq dastanıdır

Yanvar faciəsi Azərbaycan xalqının milli ruhunu öldürə və qürurunu sındıra bilmədi. 20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə olub.

Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib və qırğın barədə dünya ictimaiyyətini məlumatlandırıb.

Şəhidlərin qanı yerdə qalmadı

Prezident İlham Əliyevin güclü dövlət quruculuğu sayəsində 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Azərbaycan Ordusu Qarabağda tarix yazdı, işğal altındakı torpaqlar düşmən tapdağından azad edildi.

Bu, həm də şəhidlərin qanının yerdə qalmaması deməkdir. Qisas qiyamətə qalmadı və tarixi ədalət bərqərar oldu. Şəhidlərin qanı hesabına...



Загрузка...
Həmçinin oxuyun:
Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

20 Yanvar faciəsindən 31 il ötür – VİDEO

20 Yanvar faciəsindən 31 il ötür – VİDEO

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisəsinə həsr olunan sərgi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisəsinə həsr olunan sərgi keçirilib

LDU-da 20 Yanvar faciəsinin qurbanları anıldı

LDU-da 20 Yanvar faciəsinin qurbanları anıldı

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

20 Yanvara həsr olunmuş xüsusi dərslər

20 Yanvara həsr olunmuş xüsusi dərslər

Tarixin qan yaddaşı

Tarixin qan yaddaşı

İlk dərslər 20 Yanvara həsr olunub

İlk dərslər 20 Yanvara həsr olunub

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Şəhidlər Xiyabanına axın... - FOTOLAR

Şəhidlər Xiyabanına axın... - FOTOLAR

Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusunda olub -FOTOLAR

Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusunda olub -FOTOLAR

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib