“Virtual məktəb”də həftə ərzində 6 278 106 dərs keçirilib
Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 10-16 yanvar tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 442 203, müəllimlərin sayı 128 132, aktiv istifadəçi sayı 1 170 528, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 278 106 təşkil edib.