Xəbərlər, Müəllim
14 yanvar 2021

İmtahanlarda fərqlənən nəzarətçi-müəllimlər və imtahan rəhbərləri mükafatlandırılıb

İmtahanlarda fərqlənən nəzarətçi-müəllimlər və imtahan rəhbərləri mükafatlandırılıb

 

Yanvarın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüş keçirib.

DİM-dən  bildirilib ki, iclasda Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib. Sədr ötən il COVID-19 pandemiyası ilə əlaqədar imtahanların daha çətin şərtlər altında keçirildiyini və bu imtahanların təşkilində öz dəstəyini əsirgəməyən müəllimlərə DİM kollektivi adından təşəkkürünü bildirib.

O qeyd edib ki, DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur. Bu zaman nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər qayda pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində zal nəzarətçisi haqqında rəyləri, nəzarətçinin ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır.

Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 38 nəzarətçi-müəllim, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da göndərilib.

Məleykə Abbaszadə, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 28 sentyabr tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində DİM-də bu il imtahanların idarə olunmasına cəlb olunan 50 nəzarətçi-müəllim döyüş cəbhəsinə yollanıb. 4 nəfər nəzarətçi-müəllim – Elvin İmaməliyev, Tural Rəhimov, Etiram Hüseynli, Xalid Nəciyev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15 min 657 nəfər olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11 min 334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6 min 700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13 min 43 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq, 28 min 157 nəzarətçi) iştirak edib.

Nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb. Yuxarıda qeyd olunan səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Yekun qiymətləndirmə imtahanlarına 2 mindən çox müəllim nəzarət edəcək

Yekun qiymətləndirmə imtahanlarına 2 mindən çox müəllim nəzarət edəcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Qəbul imtahanlarına 4 minə yaxın müəllim nəzarət edəcək

Qəbul imtahanlarına 4 minə yaxın müəllim nəzarət edəcək

DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək

DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

“Buraxılış imtahanlarını 60 min insan həsrətlə gözləyir” - Məleykə Abbaszadə

“Buraxılış imtahanlarını 60 min insan həsrətlə gözləyir” - Məleykə Abbaszadə

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

Bu gün buraxılış imtahanları keçiriləcək

Bu gün buraxılış imtahanları keçiriləcək

İmtahanlarda nəzarətçi olmaq istəyənlərin nəzərinə

İmtahanlarda nəzarətçi olmaq istəyənlərin nəzərinə

DİM 4000-ə yaxın müəllimi qəbul imtahanlarına hazırlayır

DİM 4000-ə yaxın müəllimi qəbul imtahanlarına hazırlayır

Gəncə  şəhərində  konfrans  keçirilib

Gəncə şəhərində konfrans keçirilib

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Göstəriciləri qənaətbəxş olmayan müəllimlər məşğələlərə CƏLB EDİLƏCƏK

Göstəriciləri qənaətbəxş olmayan müəllimlər məşğələlərə CƏLB EDİLƏCƏK

DİM nəzarətçi-müəllimləri mükafatlandırdı

DİM nəzarətçi-müəllimləri mükafatlandırdı

DİM müəllimlərin fəaliyyətini yüksək qiymətləndirdiyi rayonların adını AÇIQLADI

DİM müəllimlərin fəaliyyətini yüksək qiymətləndirdiyi rayonların adını AÇIQLADI

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib