AzTehsil.com


Xəbərlər / Ekspert
04 yanvar 2021
3 362


Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...



Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

 

Məlum olduğu kimi ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi əsasən təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsinə xidmət edir.
 
Qiymətləndirmə habelə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, təhsil alanların nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır.

Bununla belə bütün dünyanı çənginə alan bəşəri epidemiyanın fəsadları digər sosial-iqtisadı sahələrdə olduğu kimi təhsildən də yan keçməyib, qiymətləndirmə mexanizmnin də onlayn müstəvisində həll edilməsi zərurətini yaradıb. Bu baxımdan da 2020-2021-ci tədris ilində yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq əsas götürülərək təhsillə bağlı demək olar ki, bütün məsələlər və hədəflər əsasən məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla bir sıra digər həlli vacib məsələlərin icrasına yönəldilib.

Yəni, ölkədə pandemiya ilə əlaqədar olaraq məktəblərdə tədrisin fərqli formada keçirilməsi məqsədəuğun hesab edilib. Təhsil nazirinin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmri əsas götürülərək, qeyri-standart vəziyyət nəzərə alınmaqla, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunub. Nzirin də qeyd etdiyi kimi "Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”.

Başqa sözlə "Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur” və "Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir.” Nəzərə alsaq ki, hazırda ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın da magistr var, deməli hardasa 2 milyona yaxın əhali təhsil iştirakçısıdır. ki, bu da o qədər də kiçik rəqəm deyil. Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsirlər göstərib, təhsil sferasında müəyyən  problemlər yaradıb, bununla belət təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır.

Distant təhsilin tətbiqi və onlayn rejimə keçidlə bağlı bu tədris yarımilində kiçik summativlərin keçirilməməsi, yalnız böyük summaiv qiymətləndirmənin aparıla biləcəyi barədə genış müzakirələr keçirilib, qiymət yox, öyrənmə əsas götürülərək, dekabr ayında şagirdlərin təkcə bilik göstəricilərini deyil, elektron sistemin imkanlarını da dəyərləndirmək məqsədilə milli qiymıtləndirmə aparılıb. Tədqiqat xarakterli qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi olub.
İstəsək də istəməsək də, vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik və bunun keyfiyyətə təsiri ilə bağlı hər hansı bir  mübahisələndirməyə ehtiyac görmürəm...

Nadir İsrafilov, Təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi - Emin Əmrullayevin ƏMRİ

Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi - Emin Əmrullayevin ƏMRİ

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

Valideynlərin distant təhsil  üsyanı.  Ekspertin münasibəti...

Valideynlərin distant təhsil üsyanı. Ekspertin münasibəti...

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Məktəblərdə dərslər belə keçiriləcək - Təhsil Nazirliyindən YENİLİKLƏR

Məktəblərdə dərslər belə keçiriləcək - Təhsil Nazirliyindən YENİLİKLƏR

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

“Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

“Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”