Xəbərlər, Müəllim
29 dekabr 2020

Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüşüb - FOTO

 

Təhsil naziri Emin Əmrullayev "Həmrəylik Günü” və "Vətən müharibəsi”ndəki qələbə münasibəti ilə xaricdə akademik fəaliyyətlə məşğul olan, dünyanın aparıcı universitetlərində çalışan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib.

Bu barədə Təhsil Nazirliyinən məlumat verilib.

Görüşün əsas məqsədi xaricdə akademik fəaliyyətlə məşğul olan soydaşlarımızın ölkəmizdə təhsil sahəsinin inkişafı ilə bağlı təkliflərini dəyərləndirmək, eyni zamanda bu sahədə aparılan islahat və görüləcək işlər barəsində həmyerlilərimizi məlumatlandırmaqla yanaşı, onların bu prosesə fərdi töhfəsini müəyyən etməkdən ibarət olub.

Görüşdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, dünyanın qabaqcıl xarici ali təhsil müəssisələrində elmi araşdırma ilə məşğul olan məzunlar, eyni zamanda digər təqaüd proqramları və ya şəxsi vəsaiti hesabına xaricdə təhsil almış və hazırda xarici ali təhsil müəssisələrində akademik heyətdə təmsil olunan şəxslərin bir qismi iştirak edib.

Tədbir iştirakçıları ölkəmizdə elm və təhsilin inkişafı üçün xarici təcrübədən yararlanmaq məqsədi ilə fikir mübadiləsi aparıb, ali təhsil müəssisələrində tədris və tədqiqatın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər.

Sonda təhsil naziri Emin Əmrullayev görüş iştirakçılarını Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, hər birinə  uğurlar arzulayıb.

Qeyd edilib ki, görüşdə səsləndirilən təkliflərin aidiyyəti üzrə dəyərləndirilməsindən sonra xaricdə akademik müstəvidə təmsil olunan soydaşlarımızın tədris, təlim və tədqiqat imkanları üzrə töhfəsi nəzərdən keçiriləcək və ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.
 

 

 





Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev ali məktəblərə qəbul olunan tələbələri təbrik edib

Emin Əmrullayev ali məktəblərə qəbul olunan tələbələri təbrik edib

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Akademik İradə Hüseynova: AMEA-da vaksinlə məşğul olan iki laboratoriya fəaliyyət göstərir”

Akademik İradə Hüseynova: AMEA-da vaksinlə məşğul olan iki laboratoriya fəaliyyət göstərir”

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Nazir:

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Mikayıl Cabbarov:

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi