Cəbrayıla getmək arzusunda olan ,şəhidlik zirvəsinə ucalan Səbuhi Əsədov
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Əsədov Səbuhi Azər oğludur.
Əslən Cəbrayıl rayonunun Hasanlı kənd sakini olan Səbuhi Əsədov 19.01.1999-cu ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuşdur. O Cəbrayılı görməsə də ürəyi hər zaman Cəbrayılla döyünürdü və əskər yoldaşlarına tezliklə Cəbrayıla getmək arzusundan söhbət edirdi.
Səbuhinin xidmət etdiyi hərbi hissə Mingəçevir rayonunda olsa da o, öz istəyi ilə könüllü olaraq Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlərə qoşulur və orada gedən döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəhidimiz 11.10.2020-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir.
İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!