Xəbərlər
13 mart 2017
1528

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

 Azərbaycan gəncliyinin vətənə məhəbbət hisslərinin yüksəldilməsi, onların mənəvi-psixoloji cəhətdən ordu sıralarına hazırlanması, vətənin sərhədlərini qoruyacaq, hər an əldə silah vətənin keşiyində duracaq vətəndaşların yetişdirilməsində hərbi-idman oyunlarının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan mart ayının 11-də şəhər 2 saylı məktəb-liseydə və şəhər stadionunda Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

 
Yarış dövlət himninin oxunması, bayrağın gətirilməsi və salamlaşma ilə başlayıb. Sıra təlimi mərhələsində komandalar hazırlıq səviyyələrini nümayiş etdirib. 
 
Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf olunması, kəndir vasitəsi ilə yüksəkliyə dırmanma, turnikdə dartınma, tüfəngdən hədəfə atəş açmaq, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi, çadırın qurulması və digər yarışlarda qüvvələrini sınayıb.

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

 

Rayon birinciliyinin qalibi olan 2 nömrəli məktəb-liseyin komandası, eyni zamanda, zona yarışlarında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Qax şəhər 4 nömrəli və Ləkit kənd tam orta məktəblərin komandaları tutub.
 

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

 

Günay Mahmudova(Qax təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)




Whatsapp'ta Paylaş



Загрузка...
loading...