Xəbərlər
13 mart 2017
2 803


Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

 

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ərizə qəbulu davam edir.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bu gün saat 10.00-dək 910 nəfər bakalavr öz ərizəsini təsdiqləyib. Təsdiq edilmiş ərizələrin 785-ü Azərbaycan, 125-i isə rus bölmələrinə aiddir.
 Hazırda ərizə qəbulu davam edir.
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, imtahanın ikinci mərhələsi isə 4 iyunda keçiriləcək.
Məqalə Göndər








Загрузка...