Xəbərlər
19 noyabr 2020
1 555


Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” - MÜSAHİBƏ + FOTO/VİDEO

  

Sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntülərdə Şuşada məscidə çıxaraq azan oxuyan şəxs əslində Hacıqabul rayonunda anadan olan 1988-ci il təvəllüdlü Xəyyam Almasdır.


Xəyyam Almas Oxu.Az-a açıqlamasında deyib ki, azanı məşhur olmaq üçün oxumayıb. Qısa söhbət zamanı Xəyyam Almas bir neçə sualımızı da cavablandırıb:


- Əhd etmişdiniz yoxsa necə oldu azan oxumaq qərarına gəldiniz?

 

 

 

- Mən döyüşlərə könüllü qoşulmuşam. Ön cəbhəyə gələndə üç rəngli bayrağı özümlə götürmüşdüm. Niyyət etmişdim ki, əgər şəhid olsam bu bayrağı məzarım üzərinə qoysunlar.  Sağ qalsam isə Şuşada dalğalandıracam.


Hər zaman arzu etmişdim ki, Şuşa azad olunduqdan sonra o məsciddə azan verim. Şükür Allaha ki, nəsib oldu. Videonu məşhur olmaq üçün çəkməmişdik. Mənim üçün fərq etmir ilk azan verən kimi tanınım ya da yox.


- Sosial şəbəkələrdə əsgərin azan oxuduğuna dair video sürətlə tirajlanıb. Sizinlə bərabər başqa bir əsgərimizin də adı hallanır.


- Xəbərim var. Amma yenə də demək istəyirəm ki, Xanım mənim orda azan vermək məqsədim məşhur olmaq deyildi. Məscid Yuxarı Gövhər Ağa məscididir. Əraziyə bizdən öncə gələn əsgər yoldaşlarımız məscidi təmizləyib, süpürmüşdü. Həmin günün səhəri isə təmizlənmiş məsciddə azan oxudum. Videonu isə yanımızda olan həkim Elşən lentə alıb. Mənim heç ağlıma gəlməzdi ki, söhbət buralara kimi gəlib çıxar.


-Xalqımız bütün əsgərlərimizə sevgi və diqqətlə yanaşır. Bəs siz bu qədər sevgini gözləyirdinizmi?


- Mən hər kəsə təşəkkür edirəm. Həqiqətən də belə diqqət və qayğı görmək çox xoşdur. Bu məsələdən də xəbərdar deyildim. Yoldaşlar mənə dedi ki, bəs sənin Şuşada çəkdirdiyin video yayılıb, amma başqa əsgərin adı qeyd olunub. Fikir vermədim, amma istər-istəməz bir az təsir elədi. Siz soruşmasaydınız yenə də diqqət edən deyildim. Mənim üçün önəmli olan Allah niyyətimi qəbul etsin.


Xatırladaq ki, leytenant, taqım komandiri olan Xəyyam Almas evlidir, iki qız övladı var.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda təşkilat sədri: "Mən azan səsi eşitmək istəmirəm"

Azərbaycanda təşkilat sədri: "Mən azan səsi eşitmək istəmirəm"

Şəhid Cavid Sahratovun evindən reportaj - VİDEO

Şəhid Cavid Sahratovun evindən reportaj - VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Cəbrayıla səfər edən Prezidentlə xanımının maraqlı dialoqu - VİDEO

Cəbrayıla səfər edən Prezidentlə xanımının maraqlı dialoqu - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

Dərslik kitabları dezinfeksiya edilibmi? – VİDEO

Dərslik kitabları dezinfeksiya edilibmi? – VİDEO

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”

Təhsil Nazirliyindən müəllimlərə - “Sizinlə birlikdə güclüyük”

Şagirdlərin bu ifası rekord qırır - "Bu ayrılıq nədən oldu" - VİDEO

Şagirdlərin bu ifası rekord qırır - "Bu ayrılıq nədən oldu" - VİDEO

Xəzər Universitetinin adı məşhur ABŞ teleserialında

Xəzər Universitetinin adı məşhur ABŞ teleserialında

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

“Vətən çağırır” mahnısı işıq üzü gördü - VİDEO

“Vətən çağırır” mahnısı işıq üzü gördü - VİDEO

Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO

Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO

Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO

Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

“Dərs vaxtı” - VII - XI siniflər üzrə fizika fənninə dair mövzuların müzakirəsi (14.03.2020)

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi - VİDEO

Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi - VİDEO

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Uşaqların Allaha yazdığı 10 məktub- "Səndən başqa hamının şəkili var məndə"

Uşaqların Allaha yazdığı 10 məktub- "Səndən başqa hamının şəkili var məndə"

ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO

ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO