AzTehsil.com

Xəbərlər
12 noyabr 2020
1 336

“Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyanın təqdimatı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri,  dosent Əli Qəhrəmanovun "Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyasının təqdimatı keçirilib.

İnstitutun direktoru,  AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.

Alim qeyd edib ki, Naxçıvan teatrının  zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, rejissorluq sənəti geniş işıqlandırılıb.

Daha sonra institutun elmi katibi, dosent Ələkbər Qasımovun "Üçəsrlik teatrda rejissor fəaliyyətinə yeni bir işıq” mövzusunda məruzəsi dinlənilib.

Təqdimat mərasimində Xalq artisti Kamran Quliyev, institutun Onomastika şöbəsinin müdiri,  dosent Firudin Rzayev və Elmi kitabxananın direktoru Sahab Əliyeva çıxış ediblər.

Qeyd olunub ki, bu qədim sənət ocağının yaranma tarixinin arxiv sənədləri əsasında tədqiqi, rejissorluq sənətinin geniş araşdırılması, bu istiqamətdəki yaradıcılıqların müqayisəli təhlili, əldə olunan yeni elmi faktlar və nəticələrin sistemləşdirilməsi müəllifin ağır zəhmətinin bəhrəsidir. Qədim Naxçıvanın ölkənin musiqi və teatr mədəniyyətindəki yeri haqqında qiymətli fikirlərin yer aldığı tədqiqat əsəri tədqiqatçılar, müəllim və tələbələr üçün əvəzsiz mənbədir.

Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına öz  minnətdarlığını bildirib.

Загрузка...
Həmçinin oxuyun:
“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

“Yeni Dünya Nizamı və onun mahiyyəti” haqqında düşüncələr

Dilçi-türkoloq Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

“Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu”

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Naxçıvanın Eneolit dövrü abidələrinə aid nəşr

Naxçıvanın mineral xammalı əsasında praktiki əhəmiyyətli seolitlər sintez olunub

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri”

AMEA Naxçıvan Bölməsində onlayn iclas

AMEA Naxçıvan Bölməsində onlayn iclas

“Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var”

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Beynəlxalq konqresdə Naxçıvanın Erkən Tunc dövrü ilə bağlı məruzə